Ermənistan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşdə 2 polis əməkdaşının yaralandığını açıqlayıb. Dalidag.az-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook”da bildirib. Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub. Müdafiə

QISA TANITMA Namiq Talış oğlu Mehdili (Namiq Dəlidağlı) 1970-ci ildə Kəlbəcərdə anadan olub. Orta təhsilini doğulduğu rayonda başa vurub. Keçmiş Sovet ordusu sıralarında xidmət edib. İxtisasca jurnalist-filoloqdu. Hələ orta məktəbdə oxuduğu illərdən şeir və məqalələri Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və mərkəzi mətbuatda dərc edilib. 1993-cü ildən dövri mətbuatda çalışır. “Açıq söz”, “Yeni dünya”, “Avrasiya”, “Aydın səma” , “168 saat”, “Vaxt”, “İki sahil” və digər qəzet və saytlarda müxbir,

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb. Müdafiə Nazirliyinin

Güclü yağan leysan yağışları nəticəsində kəlbəcərli məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərə sel-suları ciddi ziyan vurmuşdur. 11 iyul 2020-ci il tarixdə Gəncə şəhərinə yağan güclü yağış nəticəsində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasının dam örtüyündən yağış suları, məcburi köçkünlərin yaşadıqları mənzillərə dolaraq acınacaqlı vəziyyət yaratmışdır. Eyni zamanda Gəncə-Göygöl suvarma kanalı sel suları nəticəsində

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Dalidag.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hər iki tərəfdən itki var. Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə əlavə məlumat veriləcək. Dalidag.az

Ötən sutka ərzində Ermənistanda daha 577 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub və ölkədə koronavirusa yoluxanların sayı 31 min 969 nəfərə çatıb. Dalidag.az apa-ya istinadən bildirir ki, sutka ərzində 6 nəfər ölüb. Beləliklə, indiyə qədər koronaviursa yoluxma nəticəsində 565 nəfər ölüb. Dalidag.az

M illi Qəhrəman Şahlar Şükürovun şəhid olduğu gündən 30 il ötür. Hərdən düşünürəm ki, nə vaxtsa yurdumuza qayıtsaq, yurddaşsız qalan yurdların bu illər ərzində nələr çəkdiyini orada qalan şəhid məzarlarından şoruşacağıq və o daşlar dil açıb danışacaq. Şahlar Şükürovun adını daşıyan məktəbdə onun 65 illiyi münasibətiylə təşkil olunmuş tədbirdə söylədiyim şeiri təqdim edirəm. Elşən Əzim *** Elsiz yurd yerində necə dözürsən? Tükənməz səbrindən xəbər alarıq. Yurddaşı olmayan yurd yeri nədir Gələndə

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində bazar qiymətinə yeni mənzil almış bir qrup şəxs ciddi problemlə üzləşib. Onlar 2018-2019-cu illərdə nəğd pula və daxili kredit hesabına əldə etdikləri mənzillərə köçə bilmirlər. Koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq edildiyi bu çətin vaxtda bir yandan da tikinti şirkətinin məsuliyyətsizliyi ilə üzləşmiş vətəndaşlar hələ də kirayədə yaşamaq məcburiyyətində qalıblar. Dalidag.az xəbər verir

Teatrlarımızda kimlər at oynadır... Dramaturgiyada səhnədənkənar personajlar deyilən bir anlayış var. Bu tip personajlar dramaturgiyada o qəhrəmanlara deyilir ki, onlar heç bir zaman səhnədə görünmür və başqa personajların dili ilə onların haqqında söz açılır, informasiya verilir. Amma bu “gözəgörünməz” qəhrəmanlar pyesdə bəzən çox ciddi və əsaslı rol oynayır, əsərdə baş verən hadisələri bəzən “altını-üstünə” çevirməyi də bacarırlar. Əgər belə bir çağırışı bu gün əksər teatrların direktorlarına
Yazı axını