Reklam

Ölkəmizdə Qurban bayramı qeyd olunur
31-07-2020 09:52

Azərbaycanda bu gün və sabah Qurban bayramı qeyd olunur.
Dalidag.az-ın məlumatına görə, Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, bu il Qurban bayramı iyulun 31-də və avqustun 1-də qeyd edilir.
Qurban bayramı ilə əlaqədar Azərbaycanda iyulun 31-i (cümə), avqustun 1-i (şənbə), 2-si (bazar) və 3-ü (bazar ertəsi) ardıcıl 4 gün qeyri-iş günüdür.
Koronavirus pandemiyasına görə Azərbaycanda məscidlərdə bayram namazı qılınmayacaq.
Bununla yanaşı, pandemiya səbəbindən bayramda kütləvilik, qurbanlıq heyvanların müəyyən edilmiş yerlərdən kənarda satışı və kəsimi qadağandır.
Bu səbəbdən Qurban bayramı ilə əlaqədar qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunub.
Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyənlər www.qurbanliq.kendden.az saytına daxil olaraq 31 iyul saat 00:00-dək mövcud xanalar üzrə məlumatlarını qeyd edə və satış məntəqələrindən onlayn növbə götürə bilərlər.
İmkanlı adamların qurban kəsməsi Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq lazımdır.
Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bu il xarici ölkələrdən, o cümlədən Azərbaycandan Həcc ziyarəti baş tutmayıb.
Həcc ziyarəti ancaq Səudiyyə Ərəbistanı daxilində müəyyən qaydalara əməl olunmaqla təşkil edilib.
Dalidag.az



Yazı axını
10 / 09 / 2025
09 / 09 / 2025
09 / 09 / 2025
08 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
06 / 09 / 2025
06 / 09 / 2025
05 / 09 / 2025
04 / 09 / 2025
03 / 09 / 2025
02 / 09 / 2025
01 / 09 / 2025
31 / 08 / 2025
30 / 08 / 2025
29 / 08 / 2025
29 / 08 / 2025
28 / 08 / 2025
28 / 08 / 2025
25 / 08 / 2025
25 / 08 / 2025
Ən çox oxunanlar