Reklam
Dövlət Komitəsi Qubadlı rayonunun işğalı ilə bağlı videoçarx hazırlayıb
31-08-2020 20:23
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistanın işğalına məruz qalıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin "Öncə Vətən!" hərbi-vətənpərvərlik sosial layihəsi çərçivəsində, Qubadlının işğalının 27-cü ildönümü ilə əlaqədar videoçarx hazırlanıb. Videoçarxda məcburi köçkünlər - Qarabağ qazisi Mahir Abbasov və Qubadlı ərazi özünümüdafiə batalyonunun komandiri Dağbəyi Məhyəddinov qubadlıların döyüş ruhu, təcavüzkarlara qarşı mübarizəsi və işğala şərait yaradan amillər barədə fikirlərini bildirir, qüdrətli ordumuzun doğma torpaqlarımızı düşməndən azad edəcəyinə əminliklərini ifadə edirlər.
Xatırladaq ki, Dövlət Komitəsi “Öncə Vətən!” sosial layihəsinə avqustun 10-da start verib. Layihə çərçivəsində respublikanın müxtəlif bölgələrində məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində ağsaqqallar, ziyalılar, ictimai fəallar, şəhid ailələrinin üzvləri, keçmiş döyüşçülər və gənclərin iştirakı ilə keçirilən görüşlər əsasında 100-dən çox video-çarx hazırlanıb. Məcburi köçkünlər ölkədəki ictimai-siyasi vəziyyətə, dövlətimizin başçısının daxili və xarici siyasətinə dair fikirlərini bölüşüb, Ali Baş Komandana və rəşadətli ordumuza dəstək, şəhid olan hərbçilərimizə rəğbət və ehtiram ifadə ediblər. Onlar Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini, ölkəmizin gücünün və nüfuzunun daha da möhkəmlənməsi naminə ölkə başçısının ətrafında sıx birləşdiklərini bildiriblər.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 31-08-2020 20:23
Baxış sayı: 3563Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























