Bəhmən Vətənoğlunu yetirən-bitirən ocağın istisi Türk dünyasını bürüyüb, ilhamlı sözlərlə. O müqəddəs Ocaqdan boylanan sinəsinə sözü köz kimi basıb yandıranlardan biri də ömrü uzunu uşaq olmaq istəyində bulunan, bu gün 75 yaşlı uşaq kimi əzizlənən İqbal Çəplidir-İqbal Babanı deyirəm. Bir xudmani məclisdə dostları şəninə badə qaldırıb, biz isə... İqbal Çəpli Kəlbəcərdə əliqələmlilər arasında özünəməxsusluğu ilə seçilən şairlərimizdəndir. İlk kitabını "Uşaq olmaq istəyirəm"... mən nəşr etdirib,

Bakıda dördəm doğulub. Dalidag.az xəbər verir ki, xoş hadisə paytaxtın Hövsan qəsəbəsində baş verib. Bu da dördəmin şəkillər:

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərovun doğum günüdü. Milli qəhrəmanımızın 60 yaşı tamam olur. Dalidag.az xəbər verir ki, Sərdar Mədət oğlu Səfərov 1960-cı ilin avqust ayının 12-də Kəlbəcər rayonunda doğulmuşdur. 1977-ci ildə orta məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979-cu ildə S.Səfərov hərbi xidmətə getmişdir. Hərbi xidməti Ermənistan və Gürcüstan respublikalarında keçmişdir. O, 1981-ci ildə ordudan təxris olunur. 1982-ci ildə S.Səfərov Bakı Avtomobil Zavoduna işə düzəlir.

Türkiyə və Azərbaycanın hərbi əməkdaşlıqla bağlı önəmli anlaşmalar imzalayacağı şübhə doğurmur; iki ölkənin xarici işlər nazirlərindən mühüm bəyanatlar Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimlərinin avqustun 10-dək keçiriləcəyi bildirilsə də, Müdafiə Nazirliyinin rəsmi məlumatında təlimlərin birinci mərhələsinin yekunlasmasından söhbət gedir. Əslində Azərbaycan ictimaiyyəti təlimlərin tez bitməsini gözləmir, hətta Türkiyə ordu bölmələrinin və döyüş texnikalarının ölkəmizdə qalmasını

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev avqustun 11-də növbəti videoqəbul keçirib. Komitə sədri əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məlumat verilib ki, Prezident İlham Əliyev məcburi

“Xaricdə məskunlaşaraq ölkəmizə düşmən mövqedə olan mənbələr, eləcə də Ermənistanın xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən, onlardan təlimat alan bəzi üzdəniraq şəxslər Azərbaycan Ordusunda uzun illər xidmət edən Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova, eləcə də digər yüksək rütbəli zabitlərə qarşı qarayaxma kampaniyasının önündə gedirlər”. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu barədə verilən məlumata

“Azərbaycan Dəmir Yolları” QSC-də ölkə başçısının çıxışından irəli gələn məsələlərlə bağlı videokonfrans formatında geniştərkibli iclas keçirilib. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 avqust 2020-ci il tarixində koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə dövlət şirkətləri, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti barədə səsləndirdiyi fikirlərdən irəli gələn məsələlər müzakirə

Nəzərə almaq lazımdır ki, qəbul kampaniyası bir-birinə zəncirvari şəkildə bağlı olan mürəkkəb prosesdir və təkcə imtahandan ibarət deyil. İmtahandan sonra iştirakçıların materialları emal edilməli, nəticələri açıqlanmalıdır. Bundan sonra isə abituriyentlər ixtisas seçimi etməli, qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, bir mərhələdən sonra növbəti mərhələ başlayır və bu proses gecikdirilə bilməz. Hər hansı bir mərhələdə ləngimə ümumi prosesə təsir edir və məqsədəuyğun hesab olunmur.

11-ci sinif şagirdləri üçün 23-24 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, eyni zamanda əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və kolleclərə qəbul imtahanında iştirak edənlər isə imtahan nəticələri ilə http://eservices.dim.gov.az/2020/netbak1/?frm=egov

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Öncə Vətən” adlı sosial layihəyə start verib. Layihə çərçivəsində Dövlət Komitəsi tərəfindən respublikanın müxtəlif bölgələrində məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində ağsaqqallar, ziyalılar, ictimai fəallar, şəhid ailələrinin üzvləri, keçmiş döyüşçülər, batalyon komandirləri və gənclərin iştirakı ilə 100-dən çox video-çarx hazırlanıb. Çəkilişlərdə ölkədəki mövcud ictimai-siyasi vəziyyət, dövlətimizin başçısının
Yazı axını