Azərbaycan Ordusuna ağır itki üz verib. Müdafiə Nazirliyindən verilən məlumata görə, general-leytenant Məmmədov Fuad Nadir oğlu 2020-ci il avqust ayının 10-da ürək çatışmazlığından vəfat edib. F. Məmmədov 1968-ci il yanvarın 31-də Bakı şəhərində anadan olub. 1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirib və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirib. Azərbaycan Respublikasının

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Zamanlı kəndlərində

Azərbaycanın bir sıra siyasi partiyaları, ictimai təşkilatları Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Təyyib Ərdoğana müraciət qəbul edib. Dalidag.az həmin müraciətin mətnini təqdim edir: "Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Təyyib Ərdoğana Azərbaycan Respublikasında fəaliyyət göstərən ictimai-siyasi təşkilatların M Ü R A C İ Ə T İ Cənab Prezident! Türkiyə və Azərbaycan yalnız qardaş, dost dövlətlər deyil həm də eyni milli-mənəvi, mədəni və genetik köklərə malik millətin

"Microsoft" şirkətinin qurucusu Bill Qeyts dünyanı cənginə alan yeni növ koronavirusun (COVID-19) nə zaman tamamilə yox olacağına dair yeni açıqlama verib. Dalidag.az -ın məlumatına görə, Qeytsin fikrincə, pandemiyanın başa çatması üçün ən azı 1 ilə ehtiyac var. "Zənnimcə, pandemiya zəngin ölkələrdə 2021-ci ilin sonunda, dünyanın yerdə qalan hissəsində 2022-ci ilin axırında bitəcək", - deyə söyləyib. Vaksin hazırlıqlarının davam etdiyinə diqqət çəkən Qeyts qeyd edib ki, yan təsirləri nəzartədə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub. Dalidag.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz

“Məktəblərin açılması ilə bağlı məsələ üzərində bir neçə vaxtdır iş gedir və dünya təcrübəsi öyrənilir”. Dalidag.az -ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib. O qeyd edib ki, hazırda vəziyyət dinamik olduğu üçün qərarların verilməsi çətin olur. “Bütün çətinliklər nəzərə alınaraq, gərgin iş gedir. Tədris məsələlərinə dair xüsusi brifinq keçiriləcək və

“Növbəti həftədə rayonlara gediş-gəlişin bərpa olunması müzakirə olunur”. Dalidag.az -ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi mə sələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib. Onun sözlərinə görə, bu barədə hələ ki, qərar qəbul edilməyib: “Amma bu qaydalar bizim növbəti atılacaq addımların siyahısındadır. Bu qərarların verilməsi üçün qaydalara əməl olunmalı, yoluxma sayı artmamalıdır. Əgər

“Dünən Prezidentin keçirdiyi müşavirədə səsləndirdiyi iradlar və çəkdiyi adlar ürəyimə su səpdi”. Dalidag.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib. O bildirib ki, vəzifəsini düzgün idarə etməyənlər kreslosunu boşaltmalıdırlar: “Neft Şirkətinin vəzifəsi neftdən qazanılan pulları xalqın rifahı üçün xərcləməkdir.

Evdən uzaq Bir evim var, günəş doğan, Ay süzülən tərəfdədir. Yolunu tapa bilmirəm, Yollardayam bir həftədir. Bir balaca həyəti var, Həyətində çiçəkləri. Qoca söyüd ağacıdı, Üstü arı pətəkləri. Gecələri ay götürüb, Ulduzları düşür gölə. Qurbağalar nəğmələşir, Nəğmələr can tapır belə. Buram-buram külək əsir, Gecənin tən yarısında. Balaca bir kirpi gəzir Çiçəklərin arasında. Uzanıram çəmən üstə, Xəyallara dala-dala. Bir qarışqa yük daşıyır, Sinəm üstə bala-bala. Tanrım, axı hardayam mən? Quşlar

Azərbaycanlı iş adamı Süleyman Kərimov Rusiyanın ən zəngin milyarderinə çevrilib. “Forbes” jurnalı xəbər verir ki, Vladimir Potanin Rusiyanın ən zəngin sahibkarları siyahısında birinciliyini itirərək, yerini Süleyman Kərimovun ailəsinə verib. Ekspertlərin hesablamalarına görə, ötən günlə müqayisədə Süleyman Kərimovun sərvəti 1,6 milyard dollar artıb və 24,7 milyard dollara çatıb. Qeyd edək ki, Vladimir Potaninin kapitalı 24,6 milyard dollar (+562 milyon dollar) dəyərində qiymətləndirilir.
Yazı axını