Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb. Dalidag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb: Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli

İşğal olunmuş Dağlıq Qarabağdakı işğalçı rejimin "Təhlükəsizlik Şurasının katibi” Samvel Babayan avqustn 24-də sensasiyalı bəyanatla çıxış edib. Babayanın dediyinə görə, 2016-cı ildə Azərbaycan prezidenti İlham Əliyevlə o zamankı Ermənistan prezidenti Serj Sərkisyan arasındakı danışıqlarda konkret saziş layihəsi müzakirə olunub, bu sülh planı ilk mərhələdə Ermənistanın beş rayonu işğaldan azad etməsini, bunun ardınca - 5 il sonra Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsini nəzərdə

28 ildi DƏRDin rəngini, əzabını çəkən Zəkurə xanım Quliyeva hər yaz ha pərvazlanır ki, uçub qayıtsın dağıdılan yuvasına, söz verirlər - “DÖZ” deyirlər. ...Bu da bir tale imiş yazılıb bəxtinə. Nə yaxşı ki, taleyindən gileylənmədi. Yoxsa, bəlkə də qələmim və qəlbim yol verməzdi onun haqqında nəsə yaza bilim. Açığı, qələm dostlarım, elə qəlbimdə əzizlədiyim sevimli oxucularım yaxşı bilirlər ki, mənim əzəli, əbədi mövzum DƏRD olub. Atalar da deyirlərmiş ki, “dərdli dərdlini tapar”. Bizi bəlkə də

Avqustun 26-da paytaxtın Yasamal rayonu ərazisində bir qrup şəxs Tbilisi prospektində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısında yola çıxaraq təhlükəli vəziyyət yaradıb, avtomobillərin hərəkətini dayandırmağa cəhd göstərib. İctimai asayişin pozulmasına yönələn cəhdin qarşısı ərazidə xidmət edən polis əməkdaşları tərəfindən dərhal alınıb. Dövlət Komitəsi bildirir ki, həmin şəxslər Yasamal rayonu ərazisindəki yataqxanalarda məskunlaşan, lakin

Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 23-də saxlanılan erməni diversiya qrupunun komandiri Qurgen Alaverdyanla bağlı açıqlama yayıb. Dalidag.az xəbər verir ki, məlumatda deyilir: “Respublikasının Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd etmişdir. Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində təxribatın qarşısı alınmış, təxribat qrupunun rəhbəri Ermənistan silahlı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Füzuli rayonunun Böyük Bəhmənli kəndində "Daewoo” markalı minik avtomobili və "T-40” markalı traktorun toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Məmmədov Cəsur İlqar oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Bundan başqa

Türkiyənin Ağrı vilayətində antiterror əməliyyatı zamanı türk hərbi qulluqçusu həlak olub. Dalidag.az xəbər verir ki, hərbiçi terrorçuların mağarasında tapılan ilk zəruri əşyaları məhv edərkən şrapnel parçasının dəyməsi nəticəsində yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra o helikopterlə Ağra vilayətinin Tədris və Araşdırma Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğuna görə Atatürk Universitetinin tədqiqat xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq həyatını

“Sentyabrın 15-dən həftədə 2-3 dəfə olmaqla, ibtidai siniflərdə tədrisin başlamasını təklif edirik”. Dalidag.az-ın məlumatına görə, bunu yeni tədris ilinin açılmasına həsr olunan mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, I sinif şagirdlərinin həftədə 3, digər siniflər şagirdlərinin isə aktiv xəstələrin sayı çox olarsa, 2 dəfə gəlməsi təklif edilib: "Təklif qəbul olunsa, ibtidai siniflərdə təhsil ala 650 min uşaq dəsrsə gedəcək. Bu qrupun 257 min nəfəri

Avqustun 27-si saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə cəbhənin Füzuli rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib. Dalidag.az

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub. Müdafiə nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan,
Yazı axını