Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev YAP Kəlbəcər rayon təşkilatının Gənclər birliyinin fəalları ilə online görüş keçirmişdi. Görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Yeni Azərbaycan Partiyasının yaranmasından, onun keçdiyi şərəfli yoldan, Ulu öndər Heydər Əliyevin siyasi kursundan və bu siyasi xətti uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmiz üçün müstəsna xidmətlərindən söz açıb. Möhtərəm Prezident cənab İlham Əliyevin

Dalidag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin sabiq rəisi Nizami Qocayev musavat.com-a müsahibə verib. Keçmiş rəis mart ayında təqaüdə çıxması, vaxtilə baş prokuror olaraq onun həbsinə sanksiya vermiş Eldar Həsənovdan danışıb. - İşləmişik, illərimiz dövlətə, millətə xidmətdə keçib, indi istirahət edirəm. Martda təqaüdə çıxdım, oturub istirahət edirəm. Ondan, həbsindən heç nə demək istəmirəm. Nə deyim, hər şey göz qabağındadır. - Sosial şəbəkələrdə əvəzinizdən xeyli

Missuri Vaşinqton Universitetinin alimləri ABŞ-ın "Schistocerca americana" çöl çəyirtkəsini mühəndis "mühəndis-istehkamçıya" çevirmək üçün onun iybilmə orqanlarından istifadə ediblər. Bunun üçün həşəratın bığlarına elektrodlar quraşdırılıb. Dalidag.az ictnews.az-a istinadən bildirir ki, həşəratların bığlarındakı iybilmə reseptor neyronları qoxulara daha həssas reaksiya verirlər. Hər çəyirtkə bığında həşəratın beyin nahiyəsinə elektrik siqnallar ötürən təxminən 5 min neyron mövcuddur.

Həbsdə olan sabiq səfir Eldar Həsənov apellyasiya şikayəti verib. Dalidag.az xəbər verir ki, bu barədə E.Həsənovun vəkili Adil İsmayılov bildirib. Vəkilin sözlərinə görə, Səbail rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Qeyd edək ki, E.Həsənov Dövlət Təhlükəsizliyi (DTX) tərəfindən saxlanılıb. DTX-nin yaydığı məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə

“Nə deyim... Oğlum, sənin üçün hər şey etdim. Amma qoruya bilmədim. Axırıncı zəngində mənə dedin ki, ata, ölümümü yüngül qarşıla. Buna hansı ata dözər? Sonra həbs olundun”. Dalidag.az xəbər verir ki, bunu polis tərəfindən saxlanılan yazar Kəramət Böyükçölün atası, şair Qəşəm Nəcəfzadə deyib. “...Türmə də vətəndir, oğlum, vətəni sev. Yolun açıq olsun!”,-deyə o vurğulayıb. Qeyd edək ki, Daxili İşlər Nazirliyi Kəramət Böyükçölün kirayədə qaldığı evin sahibinin, qonşuların şikayətləri əsasında,

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin “rəhbəri” Araik Aratunyan Gəncə şəhərini vurmaqla hədələyib. Aratunyan deyir ki, “Azərbaycana cavabı Gəncədə verəcəyik”. Qarabağdakı separatçı rejimin İrəvan tərəfindən idarə olunması fonunda bu təhdidin Aratunyanın özfəaliyyəti olmadığı, birbaşa Ermənistan rəhbərliyi tərəfindən irəli sürüldüyü şübhəsizdir. Bu təhdidin altında birdən çox məqsəd yatır: Birincisi, Tovuz istiqamətində təxribat

Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində işğalçı Ermənistanın qeyri-qanuni fəaliyyətləri, o cümlədən məskunlaşdırma siyasəti davam etdirilir. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatda bildirilib. "Azərkosmos" ASC-nin "Azersky” peyki vasitəsilə aparılmış monitorinqlər nəticəsində ölkəmizin işğal altındakı Kəlbəcər rayonunun ərazisində qeyri-qanuni yaşayış məskəninin

Qarabağ döyüşlərinin iştirakçısı olan daha bir həmyerlimiz əli Laçına, Kəlbəcərə... uzalı bu dünyadan vaxtsız köç etdi. Dalidağ.az bildirir ki, bu barədə tanınmış şair Xəqani Həbiboğlu məlumat verib: "Yaxın qohumum, əziz dostum, Qarabağ döyüşlərinin iştirakçısı, hüquq-mühafizə orqanlarında şərəflə xidmət etmiş polkovnik Telman Tanrıverdiyev (hətta, M.C. Bağırova söz qaytarmış Əliş Tanrıverdiyeva oğlu) haqqın dərgahına qovuşdu! Qarabağın azadlığını, nişanlı oğlu Fəxrinin toyunu, tələbə qızı

Keçmiş baş prokuror, Azərbaycan Respublikasının Serbiya, Bosniya və Herseqovina, Monteneqro ölkələrindəki səfiri Eldar Həsənovu Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etməsi toplumda birmənalı qarşılanmır. Kimi bu həbsi siyasi qərar sayır, kimi hüquq tədbiri. Hələ ki, başlıca motiv olaraq dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin mənimsənilməsi irəli sürülür. Bir çox siyasi analitiklər, hüquq müharibə ekspertləri artıq önünə “ keçmiş “ artırılan səfirin bir ay öncəki Tovuz döyüşləri çağı

Əri Nikol Paşinyandan sonra Anna Hakobyan da özünü biabır edib. Dalidag.az xəbər verir ki, erməni baş nazirin arvadı işğal altında olan Davidvəng abidəsindən paylaşım edib. O da əri Nikol kimi növbəti dəfə Dağlıq Qarabağın əsl sahibinin Azərbaycan olduğunu bilmədən sübut edib. Payalaşımda göstərməyə çalışıb ki, guya Ermənistana məxsus belə bir abidə var. Digər tərəfdən isə "Google Map" vasitəsi ilə olduğu ərazini işarələyən zaman ünvanın Azərbaycan yazıldığını diqqətdən qaçırıb.
Yazı axını