Reklam
"Eldar Həsənovun həbsində bəlli bölgədən olmaması da mühüm rol oynayır"
17-08-2020 09:24
Keçmiş baş prokuror, Azərbaycan Respublikasının Serbiya, Bosniya və Herseqovina, Monteneqro ölkələrindəki səfiri Eldar Həsənovu Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etməsi toplumda birmənalı qarşılanmır.
Kimi bu həbsi siyasi qərar sayır, kimi hüquq tədbiri. Hələ ki, başlıca motiv olaraq dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin mənimsənilməsi irəli sürülür. Bir çox siyasi analitiklər, hüquq müharibə ekspertləri artıq önünə “ keçmiş “ artırılan səfirin bir ay öncəki Tovuz döyüşləri çağı elçisi olduğu Serbiyadan Ermənistana silah-sursat satılması “xəyanətinə” görə qandallandığını ehtimal edir Bəri başdan deyək ki, bu ehtimalın -versiyanın heç bir normal hüquqi əsası, məntiqi yoxdur. Bu məntiqlə gərək Rusiyadakı səfirimiz Polad Bülbüloğlu çoxdan DTX zindanına salınmalı idi. Nədənini balaca uşaq da, eldə deyildiyi kimi, “nənəm də bilir” : Rəsmi Rusiya həddini o qədər aşıb ki, hətta 100 il qabaqkı “Sevr anlaşması”nın başa çatdığını, Naxçıvanın yiyəsinə qaytarılmalı olduğunu bildirib, Tovuz döyüşləri gedəndə Ermənistan tərəfinə xeyli silah-sursat ötürüb. Bu silah ötürülməsinə etirazını Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefon zəngiilə çatdırıb. Eyni zamanda Serbiya tərəfi ölkəmizə rəsmi səfər edərək baş verənlərə görə üzrxahlıq etməsi fonunda Rusiya tərəfinin açıq-aşkar Ermənistanın yanında olacağını bildirməsi bu ölkədəki səfirimizin “xəyanətini” bağışlanılmaz etsə də, nədənsə ölkəmizdən Serbiyanın adından üzr istədən səfir həbs olunur?! Biz hələ onu demirik ki, general Polad Həşimovun şəhid edilməsi də Rusiyanın generalımızın döyüş mövqeyinin koordinatlarını Ermənistan tərəfinə “satmasından” qaynaqlanır .
DTX -nın hələ Tovuz döyüşlərindən qabaq Xarici İşlər Nazirliyinə “ayaq açması” , sözügedən döyüşlərin başlaması çağı nazir Elmar Məmmədyarovun “post”undan, rus “hərbi” terminologiyası ilə desək, “samovolka”ya qaçması” həbslərin və postdan məhrum edilmələrin xarici ölkələrdəki diplomatik korpusları da əhatə edəcəyini proqnozlaşdırmağa əsas verirdi. Hətta xaricdəki diplomatlarımızın bir çoxunun siyasi sığınacaqla həbslərdən yaxa qurtarmağa çalışacaqları vurğulanırdı. Durum o həddədir ki, hansı diplomat ölkəyə çağırılsa, həbs olunacağından çəkinir. Yəni belə bir durumda Eldar Həsənovun Bakıya gəlməsi onun suçsuz olmasını bir daha ortaya qoyur. Büdcədən ayrılan vəsaiti mənimsəyən, yaxud, lap pisi, “xəyanət edən” kimsə öz ayağı ilə DTX -nın qapısından girib, deyər ki, buyurun, qollarımı qandallayın? Onu da vurğulayaq ki, maliyyə qanunsuzluqlarının araşdırılması ilə, bildiyimiz qədər, DTX məşğul olmur, özü də xaricdəki diplomatik korpuslarda!
Sadalanan ehtimallar Eldar Həsənovun həbsinin siyasi xarakter daşıdığını deməyə əsas verir. Eyni zamanda bu həbsdə qisas elementləri də, keçmiş baş prokurorun bəlli bölgədən olmaması da mühüm rol oynayır. Stajlı bölüm Eldar Həsənovun baş prokuror olan zaman 1-ci müavini İsa Nəcəfovla barışmaz konfliktdə olmasını, bu “savaş”ın sonucunda hər ikisinin görəvindən alınmalarını xatırlayar, yəqin. İsa Nəcəfov o vaxtdan Konstitusiya Məhkəməsinin 5 hakimindən biri kürsüsünə, Eldar Həsənov isə Rumıniyaya, sonra digər Balkan ölkələrinə səfir göndərildi. Fikrət Yusifovun maliyyə naziri olanda hərbi rəhbərlik və baş prokurorla “kəllə-kəlləyə” gəlməsi və görəvini itirməsi də yaddaşlarda qalar, yəqin. Bu görəvdən alınmaları mərhum prezident Heydər Əliyev konfliktlərin mətbuata daşınması ilə izah etmişdi. Eldar Həsənovun Prezident köməkçisi, 1994-cü ildən Prezidentin İcra Aparatında (hazırda Prezident Administrasiyası) hüquq mühafizə orqanları ilə iş şöbəsinə rəhbərlik edən Fuad Ələsgərov ilə də ilişgiləri, yumşaq desək, normal olmayıb. Bu anormallığın başlıca səbəblərindən biri(ncisi) şöbə müdirinin yaxın qohumu (gərək ki yeznəsi), DİN-in istintaq idarəsinin keçmiş rəisi Nizami Qocayevin 1999-cu ildə həbs edilməsidi. Sonradan əfv fərmanı ilə azadlığa çıxan Nizami Qocayev, qohumu Fuad Ələsgərov, eləcə də digərləri neçə illərdir qisas hissi ilə alışıb-yanırdılar. Yeri gəlmişkən, bu yaxınlarda Ukraynaya səfir təyin olunan Elmira Axundovanın “dayısının” Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov olduğu birgə “yazıçılıq “ fəaliyyətlərindən bəllidir. Fikir verdinizsə, Eldar Həsənov ilə konfliktdə olan keçmiş -hazırkı məmurların hamısının kökü bəlli bölgədən – Naxçıvan -Qərbi Azərbaycandandır. Bunu vurğulamaqla region ayrı-seçkiliyi etmək fikrində deyilik. Sadəcə, faktlar göz deşir.
Eldar Həsənovun siyasi hakimiyyətə içdən necə bağlı olduğunu demək çətin olsa da, səfir olduğu Balkan ölkələrinin mərkəzi yerlərində Heydər Əliyevin heykəllərinin ucaldığı parklar, meydanlar salınmasını təşkil etməsi göz qabağındadır. Nə yazıq, bu heykəllər də keçmiş baş prokurorun və səfirin həbsə gedən yoluna əngəl ola bilmədi...
Məğrur Bədəlsoy

Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 17-08-2020 09:24
Baxış sayı: 21 551
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23