Ermənilər yurdumuzda ev tikir, abadlıq işləri aparır, biz isə hələ də "lazımı" gözləyirik.... Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində işğalçı Ermənistanın qeyri-qanuni fəaliyyəti, o cümlədən məskunlaşdırma siyasəti davam etdirilir. Azərkosmos ASC-nin “Azersky” peyki vasitəsilə aparılmış monitorinqlər nəticəsində ölkəmizin işğal altındakı Kəlbəcər rayonunun ərazisində qeyri-qanuni yaşayış məskəninin salınması faktı öz təsdiqini tapıb. Dalidag.az

"Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətləribdən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1-ci (büdcə vəsaitlərini təyinatı üzrə xərcləməmə) maddələri ilə ittiham irəli sürülüb". Dalidag.az xəbər verir ki, bu barədə qaynarinfo-ya açıqlamasında Eldar Həsənovun vəkili Adil İsmayılov deyib. Vəkili qeyd edib ki, proseslə bağlı mətbuata geniş açıqlama verilməyəcək. Qeyd edək ki, avqustun 13-də Azərbaycanın keçmiş Baş prokuroru Eldar Həsənov həbs edilib.

Ağa Laçınlı YAŞASIN VƏTƏNİN ƏR ÖVLADLARI Yaşasın Vətənin ər övladları, Yaşasın yanımlı doğmalarımız. Yaşasın yaxşının qol-qanadları, Yaşasın alınmaz namus-arımız. Yaşasın dözümlə qəm üstələyən, Yaşasın havanı öncə duyan dost. Yaşasın yağıya fikir təliyən, Yaşasın ağılla can qoruyan dost. Yaşasın qəlbində qədir bilənlər, Yaşasın döyülüb öldürülənlər. Yaşasın başına hava gələnlər, Yaşasın dırnaqla dağı dələnlər. Arı bəla çəkir bal üsküyündə, İçməyə nə var ki şirin şirəni. Gəlin yada salaq daşlar

Təhsil müəssisələrinin fəaliyyətinin bərpa edilməsi müzakirə olunur. Dalidag.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib: "Çox sevindirici haldır ki, Təhsil Nazirliyi tərəfindən təşkil olunan forumlarda valideyn və şagirdlərin iştirakı ilə bu məsələ müzakirə olunur. Epidemioloji vəziyyətlə birbaşa bağlı sahədir. Buna görə də

“İlk dəfə idi ki, Azərbaycan prezidenti Rusiya liderinə bu cür iradlar səsləndirib...” “Azərbaycan uzun müddətdir ki, xarici siyasətdə balansı qorumaqla yanaşı, Rusiya və İranla münasibətdə daim mehriban qonşuluq siyasətinə üstünlük verməkdədir”. Dalidag.az bildirir ki, prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bu fikirləri dövlət başçısı İlham Əliyevin rusiyalı həmkarı Valdimir Putinlə son telefon danışığını “Yeni Müsavat”a

Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb. Dalidag.az-ın məlumatına görə, məhkəmədə Eldar Həsənov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirlib. Dalidag.az xəbər verir ki, həbs qətimkan tədbiri ilə bağlı istintaq orqanının təqdimatına Səbail Rayon Məhkəməsində baxılır. Qeyd edək ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol

"Bu gün Azərbaycanın xarici ölkələrdə işləyən bir vətənpərvər, Qarabağ deyib dünyaya car çəkən, səfirimiz varsa o da Eldar Həsənovdur." Dalidag.az xəbər verir ki, bunu əslən Kəlbəcərdən olan, Moskva şəhərində yaşayan tanınmış şair Nəsib Nəbioğlu söyləyib: "Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun (DTX) tərəfindən şübhəli şəxs qismində saxlanılması xəbəri bütün Azərbaycanı silkələdi. Azərbaycan Dövləti üçün, belə şəxsiyyətlərin ləkələnməsi, həbs

"Bizim bütün sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də işbirliyimiz, əməkdaşlığımız sürətlə inkişaf edir. Sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı vardır və biz də bu potensialdan faydalanırıq. Biz çox sevinirik ki, Türkiyə bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir. Biz əlbəttə ki, bu günə qədər olduğu kimi, bundan sonra da bu imkanlardan faydalanmaq istəyirik". Dalidag.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti

Məlumat verildiyi kimi, Azərbaycanın Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə,
Yazı axını