Reklam
Eldar Həsənovun vəkili: “Mətbuata geniş açıqlama verilməyəcək”
15-08-2020 17:44

"Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətləribdən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1-ci (büdcə vəsaitlərini təyinatı üzrə xərcləməmə) maddələri ilə ittiham irəli sürülüb".
Dalidag.az xəbər verir ki, bu barədə qaynarinfo-ya açıqlamasında Eldar Həsənovun vəkili Adil İsmayılov deyib. Vəkili qeyd edib ki, proseslə bağlı mətbuata geniş açıqlama verilməyəcək.
Qeyd edək ki, avqustun 13-də Azərbaycanın keçmiş Baş prokuroru Eldar Həsənov həbs edilib. DTX-nin yaydığı məlumatda bildirilir ki, maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində saxlanılıb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay həbs-qəti imkan tədbiri seçilib.
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 15-08-2020 17:44
Baxış sayı: 4587Yazı axını
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
29 / 04 / 2026
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
23 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
Ən çox oxunanlar





























