Reklam
"Eldar Həsənovun həbsi ermənilərin dəyirmanına su tökməkdir"- Nəsib Nəbioğlu
14-08-2020 11:09
"Bu gün Azərbaycanın xarici ölkələrdə işləyən bir vətənpərvər, Qarabağ deyib dünyaya car çəkən, səfirimiz varsa o da Eldar Həsənovdur."Dalidag.az xəbər verir ki, bunu əslən Kəlbəcərdən olan, Moskva şəhərində yaşayan tanınmış şair Nəsib Nəbioğlu söyləyib:
"Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun (DTX) tərəfindən şübhəli şəxs qismində saxlanılması xəbəri bütün Azərbaycanı silkələdi. Azərbaycan Dövləti üçün, belə şəxsiyyətlərin ləkələnməsi, həbs edilməsi yol verilməzdir. Xalqımızın belə ləyaqətli oğullarının həbs edilməsi, millətimizə və dövlətimizə, dövlətçiliyimiz adına, qarşı qəsdən, xəyanətdən başqa bir şey deyil.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumat yaydığı maliyyə yoxlamaları zamanı səfir tərəfindən büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və qanun pozuntularına yol verildiyi deyilir. Bunlar ağılabatan deyil, sadəcə olaraq ictimaiətin diqqətini yayndırmaq, ictimaiəti aldatmaqdır. Bu gün Azərbaycanın xarici ölkələrdə işləyən bir vətənpərvər, Qarabağ deyib dünyaya car çəkən, səfirimiz varsa o da Eldar Həsənovdur. Xalğımızın ən ağır problemlərini təkcə səfir olduğu ölkələrdə deyil, bütün dünya ictimaiətinə çatdıran yeganə səfirimizdir. Eldar Həsənov adi sıradan olan səfirimiz deyildir. O general-leytenant, professor, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviridir. Belə insanları tarix yetişdirir. Belə insanların həbsi Azərbaycan xalqının genefonduna vurulan ağır zərbədir. Eldar Həsənov hansı vəzifədə olubsa vicdanla, sadəqətlə, şərəflə namusla dövlətimizə, dövlətçiliyimizə, xalqımıza xidmət edib, onun bütün fəaliyyəti göz önündədir. Qarabağ müharibəsinin ağır günlərində ordumuza yardım edib, həmişə xalqımızın yanında olub. Bunu hər kəs bilir. Böyük nüfuz sahibi olan Azərbaycan xalqı tərəfindən sevilən savadlı, bacarıqlı, işgüzar bir şəxsiyyətin həbsi cinayətdir. Bu həbsin arxasında qaranlıq məqamlar var. Görünür dövlət basşçısına yalan məlumat ötürərək, erməni xislətli insanların verdiyi sifarişləri yerinə yetirirlər. Eldar Həsənovun həbsi ermənilərin dəyirmanına su tökməkdir. İnanıram ki, Eldar Həsənov tezliklə azad olacaq. Haqqın, ədalətin öz yerini tapacağına inanıram!", - deyə fikrini tamamlayıb.
Dalidag.az
Kateqoriya: Manşet / Sosium
Tarix: 14-08-2020 11:09
Baxış sayı: 31 867Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























