Reklam
Partlayıcı maddələrin aşkarlanması üçün robot çəyirtkə yaradılıb
20-08-2020 09:26

Missuri Vaşinqton Universitetinin alimləri ABŞ-ın "Schistocerca americana" çöl çəyirtkəsini mühəndis "mühəndis-istehkamçıya" çevirmək üçün onun iybilmə orqanlarından istifadə ediblər. Bunun üçün həşəratın bığlarına elektrodlar quraşdırılıb.
Dalidag.az ictnews.az-a istinadən bildirir ki, həşəratların bığlarındakı iybilmə reseptor neyronları qoxulara daha həssas reaksiya verirlər. Hər çəyirtkə bığında həşəratın beyin nahiyəsinə elektrik siqnallar ötürən təxminən 5 min neyron mövcuddur.
Çəyirtkənin bomba aşkarlamaq qabiliyyətini yoxlamaq üçün mütəxəssislər qrupu tərəfindən müxtəlif partlayıcı maddələrin buxarları onun bığlarına üfürülüb. Eksperimentdə trinitrotoluol (ТNТ) və 2,4-dinitrotoluol (DNT), geksogen və ammonium nitrat buxarları və s. tətbiq edilib. Bundan başqa, həşəratların partlayıcı olmayan maddələrə həssaslığı yoxlanılıb.
Məlumata görə, alimlər çəyirtkəni onların bığlarının elektrik aktivliyini qeydə alaraq onu kompüterə translyasiya edən kiçik sensor rükzaklarla təchiz ediblər. Tədqiqatçılar müəyyənləşdiriblər ki, partlayıcı maddələrin buxarlarının təsiri zamanı müəyyən neyron qrupları aktivləşməyə başlayır. Həmçinin partlayıcının buxarlara reaksiyası partlayıcı olmayan maddələrin reaksiyasından fərqlənib. Bundan əlavə, çəyirtkə müxtəlif növ partlayıcı maddələrə fərqli reaksiya göstərib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 20-08-2020 09:26
Baxış sayı: 3401Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























