Reklam
Azərbaycanda traktorların iştirakı ilə dəhşətli hadisə - ÖLƏN VƏ YARALANAN VAR
28-08-2020 10:20

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Füzuli rayonunun Böyük Bəhmənli kəndində "Daewoo” markalı minik avtomobili və "T-40” markalı traktorun toqquşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Məmmədov Cəsur İlqar oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bundan başqa Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Zərdab rayonunun Otmanoba kəndində "ГАЗел" markalı yük avtomobili və "T-80” markalı traktorun toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində müxtəlif bədən xəsarətləri alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hər 2 hadisə ilə bağlı araşdırma aparılır.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 28-08-2020 10:20
Baxış sayı: 3328Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























