Reklam
Qarabağın bağrıqan qızı- Zəkurə Quliyeva
28-08-2020 19:10
28 ildi DƏRDin rəngini, əzabını çəkən Zəkurə xanım Quliyeva hər yaz ha pərvazlanır ki, uçub qayıtsın dağıdılan yuvasına, söz verirlər - “DÖZ” deyirlər.
...Bu da bir tale imiş yazılıb bəxtinə. Nə yaxşı ki, taleyindən gileylənmədi. Yoxsa, bəlkə də qələmim və qəlbim yol verməzdi onun haqqında nəsə yaza bilim. Açığı, qələm dostlarım, elə qəlbimdə əzizlədiyim sevimli oxucularım yaxşı bilirlər ki, mənim əzəli, əbədi mövzum DƏRD olub. Atalar da deyirlərmiş ki, “dərdli dərdlini tapar”. Bizi bəlkə də dərd əlindən dağa çıxan bəxtəvərlərə bənzədirlər. Amma, belə deyil. Dərdlilər dağlara da dərd şələsiylə çıxarlar...
Yazılarını ürək ağrıları, göz yaşlarımla oxuduğum imzalar çox olmayıb, barmaqla sayılacaq qədərdir. Onlar da mənim yazılarımı bax beləcə oxuyurlar. Deməli, eyni dərdin, həsrətin daşıyıcılarıyıq.
Klassiklərimiz etiraf ediblər ki, Söz adamı barədə yazmaq həm çətindir, həm də asan. Onların adi həyatdan kənarda bir özgə dünyaları olur ki, qapılarını ancaq fitrətdən gələn ilahi təb aça bilir. Bu mənada hər kəs Söz adamı barədə nə isə deməyə bir çox hallarda cəsarət etmir…
Söz adamlarının qəlbini çağlayan-qaynayan bulağa - çeşməyə bənzədənlər də səhv etməyiblər. Bulaq suyu yerin dərin qatlarından necə süzülüb saflaşıb çıxırsa, Söz də, əsil və kamil ifadə də beləcə doğulur: müəllifin ürəyinin cövhərindən, bəkirət gözünün nurundan, duyğularının süzgəcindən qaynayıb-daşır. Hər bir yaradıcı kəsin söz dünyasında xüsusi, onu riqqətə gətirən, düşündürən, incidən, əzən və sonda rahatlıq verən bir mövzu olur ki, onu oxucularına daha tez tanıdır və oxudur...
Uzaq olmayan tariximizin ağrı-acılı günlərinin birində onun “Qarabağ” qəzetində yazıarını oxudum. Kəlbəcərdən əli üzülən günlərimin biriydi. “Qarabağ” qəzeti redaksiyasına baş çəkirdim. İş axtarır, bir simsar istədiyim zülmlü günlərimin birində bir qarabuğdayı, əsmərsima qızı “Qarabağ”da gördüm.
Hansı qəzetdən olduğumu soruşdu. “Kəlbəcərliyəm, heç harada işləmirəm, orada “Yenilik” qəzetində işləyirdim, indi bax belə, dərdimizi alıb çiyinlərimə iş axtarıram”,-deyəndə gözlərindən yaş yox ey, qan süzüldü elə bildim. Çəkdiyi OOFFF!! Məni də öz halına saldı. Elə bildim ki, kəlbəcərlidir. Dedim ki, ağlamayın, inşallah, tezliklə qayıdarıq. Hansı kənddənsiz?
Gözlərinin yaşını silib:
-Kəlbəcərli siz yoox, ay qardaş, mənəm, mən!-Dedi. Başladı bircə-bircə o yerlərin adlarını sadalamağa: -Xanım dərəsini, Pişiklini, Keytini, Dəli dağı, Yelli gədiyi, Taxta düzü, Ceyran bulağını, Balaca, Böyük və Qoturlu istisuların hamısını uşaq vaxtlarımda mən gəzmişəm ey, heç bəlkə sən üzünü də görməmisən.
Düz deyirdi. Mən o yaylaqların ancaq bir-ikisində olmuşdum, həm də son illər - redaksiyada çalışdığım vaxtlar.
-Ağdamlıyam, ay qardaş! Amma, vallah ailəmizlə uşaq vaxtlarımdan hər yayı Kəlbəcərin dağlarında, yaylaqlarında, obalarında keçirmişdik. Siz kəlbəcərlilərdən çox bizi yandırır Kəlbəcərin itirilməsi...
Dilim tutar-tutmaz dedim ki, kəlbəcərli olmağıma inanmadınız? Ondasa qulaq asın. Bu şeirimi dedim:
Əzəldən yaranıb hüsnü-tamaşa,
Vurğunam qışına Kəlbəcərimin.
Sübhün işından axşam çağına,
Dolanam başına Kəlbəcərimin.
Həsrətəm lilparlı bulağa, çaya,
Aran haraylayır, tələsir haya.
Göylərə ucalan min-min sal qaya
Şahiddir yaşına Kəlbəcərimin.
Dərmandı bitkinin burda hərəsi,
Bir zəngin muzeydir bəndi-bərəsi.
Məhəmməd, tarixin sədası, səsi
Yazılıb daşına Kəlbəcərimin.
...Aradan illər keçdi. Əlbəttə, dünyalar yaxşılardan xali deyil. Qarşıma yaxşılar çıxdı. Özümə iş də tapdım, qəlbimim həsrətini gözlərimin nuru ilə məqalələrə, az keçməmiş kitablara da köçürdüm. Xocalı, Şuşa, Laçın, kəlbəcərsizlik ağrıarına Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan... itkilərinin dərdi də qoşuldu. Bir ətək dərdlə qaldıq baş-başa.
Zəkurə xanımın “Qarabağ”dakı haraylarını daha tez-tez oxuyurdum. Sonralar öyrəndim ki, hələ Ağdamda yaşadıqıarı vaxtlardan qələmini süngüyə çevirmiş
bu qız özünə görə deyilmiş, “od parçasıymış”.
Mən rejissorluğu, o isə rəssamlığı bitirsək də, qələmimiz və qəlbimiz sevdiyimiz peşədən uzaq salıb, dərdlərimizi gələcəyə yazmağa başladıq.
Ətrafında görüb-tanıdığım qələm adamlarından da hiss edirdim ki, onu tanıyanların hamısı da vətənpərvər insanlardı. “Qarabağ”ın baş redaktoru Çingiz Tofiqoğlu, mərhum dostum-qardaşım, redaktoru Sarvan Ağayev, uzun illər qarabağlı bildiyim, əslində, İsmayıllıda doğulsa da, itirilmiş yurdlarımızın həsrətini bizim kimi çəkən, “Ədalət” qəzetindən tanıdığım Daşdəmir Əjdəroğlu, Salman Alıoğlu... kimi tanınmış qələm adamlarının əhatəsində gördüyüm Zəkurə Quliyeva, sən demə, nə qədər sakit, fağır, “dilsiz-ağızsız” hiss olunsa da, qəlbi də nəmli gözləri kimi dolu bir istedad imiş.
Budur, 30 ilə yaxın bir müddətdə yazılarını oxuduğum, az qala, hər gün salam verib qarda-bacı səmimiyyəti ilə hal-əhval tutduğumuz Zəkurə Quliyevanın bədii yaradıcılıq nümunələrini “saf-çürük” eləməyə çalışıram. Yaxşı ki, bu sosial medianı icad ediblər. Dünyamızı koronavirus pandemiyasının bürüdüyü bir dövrdə “evdəqal-sağlamol”da olsaq da, dövlətimizin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin əməkdaşları xalqımızı narahat edən bu bəla haqqında həqiqətləri yazmaq üçün gecə-gündüz iş başındadırlar, lap evdən olsa da. Belə əməkdaşlarımızdan biri də Zəkurə xanımdır. “Qarabağ”da Qarabağın dərdini dəstə-dəstə yazan Zəkurə xanımın məqalələrinin tolanıb kitab kimi buraxılmasını eşidəndən onun haqqında ürəyimdən keçənləri qələmə almağa çalışsam da, buna hazır deyildim. Müxtəlif mövzularda qələmini sınayan və bu sınaqdan “yüksək balla” çıxan Zəkurə Quliyeva imzası tanınır, sayılır, oxunur və münasibət bildirilir.
Təəssüf ki, bir çox hallarda belə istedadlılar “hay-küyçü” zurnalistlərin kölgəsinə düşür və lazımi dəyərini alal bilmir. Yaxşı xatırlayıram, bir dəfə Ulu Öndərimiz Heydər Əliyev özünü gözəsoxan bir tele-müxbirə üzünü çevirib, yarızarafat-yarıciddi dedi ki, yaxşı, imkan ver, bu biri jurnalistlər də suallarını versin. Hay-küylü həmin müxbir cəmiyyətdə mövqe tutmağın yolunu ancaq bunda görürdü. Sən demə, haqlı imiş...
“Yurda xəbər elə”…
Amma sakit tərzdə fikrini yazan, cəmiyyətdəki antipotları, yaramazları tənqid atəşinə tutan bəzi qələm sahibləri abırlarına qısılaraq çox halda gözə görünmürlər, “mən də varam”,-demirlər. Zəkurə Quliyeva da məhz belə jurnalistlərimizdəndir.
Qarşımda bir kitabı var: “Yurda xəbər elə” adlı. Əslində, maddi imkanı çatsaydı, kitabları olardı. Qələminin məhsulu vətənpərvərlik olduğundan, şoudan yazmadığından, bədii yaradıcılıq nümunələrinin hamısını da bir araya toplayıb kitab kimi oxuculara təqdim etməsi imkanı xaricindədir. Bəlkə də heç buna marağı yoxdur.
Adını çəkdiyim kitab ədəbi düşüncələr və məqalələr toplusu olsa da, ana xəıtti Qarabağdır. Şuşada güllələnmiş heykəllərdən, Xocalıda qanına qəltan edilən körpələrdən, Ağdabanın qanla açılan səhərindən, Ağdamın müqəddəs məkanlarından… Çörək muzeyindən Seyid Lazım ağanın pak ruhundan… bəhs edən yazılardan ibarətdir.
Zəkurə xanım, zəhmətinin və qələminin qədrini bilən jurnalistlərimzidəndir. O, haqsızlıqla heç vaxt barışmayıb. Hələ bircə dəfə onunj hansısa imkanlı, pullu məmurdan bayağı,saxta təriflərdən ibarət “yazısı”na rast gəlməzsən. Həmkarlarının da üzləşdiyi haqısızlıq problemi barədə Azərbaycan Prezidentinə özünün focebook səhifəsində ünvanladığı statusda yazır: “Üç Qarabağ əlilinin bacısıyam. 30 ildir "Qarabağ" adlı bir məcburi köçkün qəzetin məcburi köçkün əməkdaşıyam. Qarabağ savaşları zamanı mərhum jurnalistimiz Salatın Əsgərovadan sonra yeganə qadın müxbir mən olmuşam ki, qaynar döyüş nöqtələrində, ekstremal şəraitdə reportajlar, məqalələr hazırlamışam. Bu gün həmin məqalələr Qarabağ haqqında daha dəqiq məlumatların ünvanıdır.
Çoxları bizim yaratdığımız Qarabağ həqiqətlərinin arxivindən istifadə edirlər. Eyni zamanda, 13 ildir ki, paralel olaraq rəsmi dövlət qəzeti olan "Azərbaycan"da korrektor da işləyirəm. Hər iki iş yerində həmişə məsuliyyət, sədaqət hissi ilə millətimizə, dövlətimizə xidmət etmişəm. Müxtəlif illərdə bir sıra diplomlara, mükafatlara layiq görülmüşəm. Bir kitab, yüzlərlə məqalələrin müəllifiyəm. Yazılarım daim aparıcı qəzet və jurnallarda dərc olunur. Amma, təəssüflə qeyd etməliyəm ki, Azərbaycan mətbuatında uzunmüddətli xidmətlərimin olmasına baxmayaraq, mətbuatımızı bazar səviyyəsinə endirən Əli Həsənov, Vüqar Səfərli kimilərinin ədalətsizliyi ucbatından daim kənarda, kölgədə qalmışam. Daim bu ögey münasibət qəlbimi parçalayıb. İllərdi ki, evsizlik problemi içində çabalayıram.
Cənab Prezident!
Sizin mərhəmət göstərib imkansız jurnalistlərə kömək məqsədilə tikdirdiyiniz binalarda mənzillər isə daha çox evi olanlara və bir də sponsorlu qadınlara paylanıldı... Ən dəhşətlisi də odur ki, heç bir xidməti, əxlaqı belə yerində olmayan bəziləri həm binada məzillə təmin olundular, həm də fəxri adlar aldılar…”
Laçın oğlanların Laçınsız ölümü isə ölüm deyil, zülümdür...
Bəli, milli mətbuatımızda xidmətlərinə baxmayaraq, zaman-zaman bəzi vəzifli məmurların ögey münasibəti ilə qarşılaşan Zəkurə Quliyeva dərdini ölkə başçısına bildirməyi bu günə qədər dilə gətirməyib. Lakin, qələm adamı kimi, bütün bunlara qarşı bir üsyan apramasını bu gün gizlədə bilmir.
Zəkurə Quliyevanın, təbii ki, məqalələrini burada təhlil eləməyə fiziki imkanımız yoxdur. Lakin, qələminə hörmət qoyan Zəkurə Quliyeva, mövzusundan asılı olmayaraq, nədən, haradan, kimdən yazıbsa, ürəyini qoyub, səmimiyyətdən uzaq düşüb maddi maraq güdməyib. Məqalələrindən bəzi sitatlara nəzər salaq:
“Laçınınsız köç edən laçın oğlanlar,
Yollar elə bil ki, həsrətli qalıb.
Dəli bir kəhərin ayaq səsinə,
Yollar igidlərin yolunu gözlər,
Yollar göz dikibdir dağ zirvəsinə...
28 ildir Laçının dağ zirvəsinə boylanan bir yol bizləri gözləyir. Getdiyimiz o yolları ot basıb indi. Biz isə burda həsrət kəfəninə bükülərək köç edirik bir-bir. Laçın oğlanların Laçınsız ölümü isə ölüm deyil, zülümdür...
Laçından söz düşəndə yaxından tanıdığım sayılıb-seçilən laçınlıları xatırlayıram. Onlardan biri də sözün həqiqi mənasında təəssübkeşliyi, qorxmazlığı, vətənpərvərliyi ilə seçilən polis podpolkovniki Əlamdar Tağıyev idi. Deyirlər rəhmətlik babası Daşdılı Xasay kişi də nüfuzlu insan kimi nəinki Laçında, Qubadlıda, Kəlbəcərdə, Qarabağın digər rayonlarında da sayılan el ağsaqqallarından olub. Ömrünün çox hissəsini milis orqanlarında xidmətə sərf edib...” ("Qarabağ " qəzeti)
“Tamah saldılar mala, qızı verdilər bir lala”
Zəkurə xanımın focebook səhifəsində paylaşdığı məqalələri və statusları onun qələmi və qəlbinin zənginliyindən soraq verən faktlardır. Oxuyuruq: “Sən gözünün önündə baş verənləri deyirsən, gözü ilə görməyənlər haqlı çıxır. Gülməli dünya, gülməli insanlar neyliyək, indi öz gördüyümüzü qoyub, sizin uydurduğunuz mifə, nağıla inanaqmı?! Bəlkə saxtakara heykəl də qoyaq, necə düşünürsünüz?!”
***
“Acikən tox, ağlarkən gülər, bədbəxtkən xoşbəxt görünən qürurlu insanlar, Allahın ən ali mükafatına layiqsiniz!”
***
Demirəm savadlıyam, amma ağlım normal olduğundan, dilçilklə bağlı verilən bəzi qərarlara qarşı hayqıraraq etiraz etmək istəyirəm. Deyirlər, “yetim” sözü işlənməməli, əvəzində “valideynlərini itirmiş” deyilməlidir. Ay dilçi alim qardaş, axı, bizim müəyyən muğamlar, folklor nümunələrimiz var… Məsələn, "Yetim segah", bunu nə edək, "valideynlərini itirmiş segah" deyək?!
Eləcə də kar, kor, lal sözlərinin təhqir kimi qəbul edib, bunu da fiziki qüsurlu deməyimizə qərar verdiniz... Folklorumızda belə bir deyim var: “Tamah saldılar mala, qızı verdilər bir lala”.
***
“Bir qardaşımız məni "Dərdli" gizli qrupuna dəvət edir.
Əziz qardaş, mən dərdə, qəmə, kədərə nifrət edirəm, mən dərddən çox doydum, çox yoruldum, çox bezdim. Ya qrupun adın dəyişib "Cəngi", "Misri" qoyun, ya məni dəvət etməyin...”
***
“…Qardaş bağı al-əlvandı, yox içində özüm, bülbül?!”
Allahdan cənnət Qarabağımızı istədik, deyəsən, bizi aran Qarabağdan, Bərdədən də elədi… Orda güllər bizi səsləyir, karantin – “korona bacıları” isə yox! - deyir.
***
“Köçkünlərin kefnən yaşadığını, hamısının altında maşını, 5-6 yerdə ev- eşikləri olduğunu deyib, onlara 190 manatın verilməsinə etiraz edən, bütün köçkünləri təhqir edən, dodaqları nasoslanmış xanım, and olsun o VİCDANSIZ canına ki, sənin dodağını şişirtmək üçün bir gündə ayırdığın pulu bu insanlar bir ildə də tapıb xərcləyə bilmirlər. Bu gün bu şəraitdə yaşayan köçkünləri görmək isə vicdan, vətəndaşlıq tələb edir...”
***
Həyatımızın, yaşam tərzimizin aynası olan sosial şəbəkədən belə başa düşürəm ki, ölkəmin məmurları talanla pulun-malın, var-dövlətin sayını artırmaqla, məmur olmayan təbəqə isə gündəlik onların pullarını, obyektlərini sayıb yaymaqla, az adam var ki, öz işləri ilə məşğuldur. Yazıq Vətən, yazıq Qarabağ!
Kiminə şablon söz kimi, kiminə də iqtidarı vurmaq üçün alət kimi lazımsan. Köçkünlərə isə bir məzarlıq torpaq üçün...”
“Əslində, bunlar oynamırlar,
oynadırlar, özü də bütün millətləri...”
FS-də bir video-rolik paylaşıb Zəkurə xanım. Rusiyanın prezidenti V.Putin pianinoda çalır. ABŞ-ın prezdenti D.Tramp və Almaniyanın kansleri A. Merkel bir şıdırğı oynayırlar ki, bizim bəzi harın məmurların oyunları bunlarıkının yanında toya getməlidir. Z.Quliyeva rəydə yazıb: “Əslində, bunlar oynamırlar, oynadırlar, özü də bütün millətləri...”
***
“…Şuşa camaatının yadında olar. Şuşalı ağbirçək Xavər Qasımova general Şatalinin yaxasından tutub silkələyib və üzünə tüpürərək demişdi ki, bu, qadam, Qorbaçova çatası hədiyyədi, sahibinə çatdırın!
Həmin vaxt Şuşa Rayon Daxili İşlər şöbəsinin rəisi Əlamdar Tağıyevin igidliyi sayəsində qan tökülməsinin qarşısının necə alınması, Şatalin başda olmaqla, 4 rus generalının 4 saat ərzində Şuşada həbsdə saxlanılmasını və bunun dünyanın bir çox informasiya vasitələrinin müzakirə mövzusuna çevrildiyini geniş şəkildə yaxın zamanlarda oxucularımıza çatdıracağam. Hələlik isə bir fikrimi bildirmək istəyirəm: əgər bu gün qarşıma bir rus generalı çıxsa, mən də cənab Putinə bir hədiyyə göndərərdim...”
Bax buna deyirlər qeyrət!
“Babalarımızın xidmətlərini sizə halal etmirik…!”
…Millətindən, dövlətindən asılı olmayaraq, irticaçı, işğalçı, insanların ölümünə fərman verən faşistlər lənətləməlidir. O baxımdan günahsız insanları məhv edən, şəhərləri dağıdan qara niyyətli A.Hitler də tarixdə lənətlənmiş qalacaq. Hər il olduğu kimi, bu il də 9 may sovetlər birliyindən bizə miras qalan qələbə bayramıdır. Yəni, siz rusların bayramıdı: bizim qəhrəman Həzilərimizin, Mehdilərimizin... hesabına qeyd etdiyiniz bayram! Bu günü ata-babalarımızın xatirinə çəkdikləri əziyyətin, yaşadıqları məşəqqətlərin xatirinə qeyd etsək də, bu bizim üçün bayram deyil. Bizim bütün qələbələrimizin önünü sən kəsmisən!”
***
“Cənablar! Sizlər üçün hər yer bir “Şuşa” ola bilər. Dünyanın hər yerində villalarınız, dincəlmək, kef çəkmək məkanlarınız var. Amma bizim üçün Şuşadan heç bir yerdə yoxdu. O, bizim üçün əyləncə məkanı deyil! Şuşa bütün azərbaycanlıların şanlı tarixi, babalarımızın əmanəti və müqəddəslik simvoludu. ŞUŞANI murdarlardan təmizləmək bu millətin ŞƏRƏFi olmalıdı”.
***
“…Bu gün mən danışmayacağam. Tək bir kəlmə belə... Xan əmi danışacaq. O bizlərə çox şey deyəcək. O, bizi ağlatsa da, qınasa da, söysə də, inciməyin, haqqı var, inciməyin nə yeri var”?!
***
Bərdənin icra başçsı koronavirusla bağlı online konfrans keçirib, maskalı. Zəkurə xanım münasibət bildirib: “Hörmətli başçı, virus online keçmir, amma Bərdənin 3-4 kilometrliyində Şirvanlı kənd orta məktəbində antisanitariya şəraitində yaşayan məcburi köçkünlər bu virusa yoluxsa, dəqiq bilin ki, bu maska sizi xilas etməyəcək. Dövlət başçısı da biləcək ki, orada 15 ailə illərdir ki, baxımsız, gözdən, könüldən uzaq qalıb...”
“Şişirtmə faciəsi”
“…toyuq şişirdilir, meyvə-tərəvəz şişirdilir, yanaq, dodaq şişirdilir. Elə dodaqdan çıxan yalanlar da yayılaraq şişirdilir. Ətrafı sünilik atmosferi bürüyüb. Heyf ki, biz də bu atmosferdə yaşamaq məcburiyyətindəyik, şişirdənlərə baxa-baxa...”
***
“Mənə çoxları sual verir ki, siz yazarsınız, ruh adamısınız, amma heç vaxt sevgiyə, məhəbbətə aid nəsə yazmırsınız. Heç başqaları yazanda da münasibət bildirmirsiniz, bu nə ilə bağlıdır, sevgidən küsmüsünüz bəlkə?!
Mən isə onlara cavab verirəm ki, mən yalnız özümdə olan sədaqət hissindən yaza bilərəm ki, necə sədaqətli, ləkəsiz, tərtəmiz bir müqəddəsliyi qoruyub saxlayıram...
Sevgi ürək - könül məsələsidi və şəxsi məsələdi. Xalq, millət, Vətən məsələsi deyil ki, müzakirə ilə təbliğ oluna, elliklə bölünə, yaxud da arta”…
***
“Xarı bulbul həsrəti” məqaləsini “Qarabağ” qzəetində dərc etdirib. Həmin səhifəni FS-də paylaşıb və bu qısa şərhi də özü əlavə edib: “Bütün canlılar öz doğulduğu yurdda daha şux,daha qamətli görünürlər. Solğun çöhrəli qaçqınlarımız - köçkünlərimiz daha yaxşı bilərlər ki, niyə hər tərəfə yayılan xarıbülbül Şuşadakı kimi görünmür...”
Kimsə bircə kəlmə münasibət bildirməyib. Təəssüf…
“İsa bulağının pərvanəsiydi”
Bu başlıq altına Zəkurə xanımın məqaləsi var qəzet səhifəsində. Paylaşıb və təqdimatında yazıb: “Heç ola bilməz ki, Şuşadan söhbət gedə, Mürsəl baba yada düşməyə, İsa bulağının pərvanəsiydi...”
***
FS-də bəzilərinə, əslində, başqa-başqa ad və profillə araqatanlara dərs verən Zəkurə bacımızın fikirlərinin birini nümunə çəkəsi oldum. O, tanıyır ki, bu adam kimdir. 4-5 saxta profildən yetənə daş tullayır, kəmənd atır və daş axırda fırlanıb atanın öz topuğuna dəyir, başı yoxdu axı: “Dondan-dona, profildən-profilə fırlan bala, fırlan?!
Deyirlər kərtənkələ fəsildən-fəslə rəngini dəyişir, elə ilan da bəzi halda qabıqdan çıxır. Deyəsən, bu hal sosial şəbəkədə yatıb-duran bəzi adamlara da sıçrayıb. İlahi! Bir adamın neçə saxta profili, necə sırtıq sifəti olar?! Bir profilinə qadağa qoyursan, o birisi ilə səhifəmdə fırlanır. Çox zaman da hansısa yazıma bəyənmə də edir ki, bunu tanımayım. Ay bədbəxt, axı, mən həmişə demişəm ki, ermənilərdən başqa düşmənim yoxdur! Sənə gəlincə isə nə dostumsan, nə də düşmənim. Sən bir heçsən. Yazdığım statusların da heç biri sənə aid deyil, çünki mənimçün o qədər önəmsizsən ki... Sadəcə, yaxamızdan düşməyini istəyirəm. Allah bütün xəstələrə şəfa versin, parabeyin insanlara da...”
***
“Əziz Vətənoğlu, məni bağışla, göndərdiyin dostluğunu qəbul etmədim. Daha doğrusu, profilindəki bu şəkili görəndə elə əsəbiləşdim ki, nəinki dostluğumda olmanı istədim, əksinə, sənə iradımı bildirməkdən çəkinə bilmədim.
Bu nədi, bala?! Şalvarının dizini it yeyib, ya pişik cırıb, bu nə formadı belə?! Niyə öz millətinin ciddi, ağıllı, qeyrətli, kişi geyimlərini qoyub, xaricin cinsi bilinməyən, səfil gədə-güdələrin geyiminə meyl edirsən, niyə?!”
Ədəbi və bədii söz mülklü karvanın sarvanı
Bu, o qədər də asan deyil. Söz zaman-zaman mütləqi-hakim olsa da, millət və xalqların mənəvi sərvəti kimi sevilib və qorunub saxlanıb. Söz bu mənada xalqın tarixini yaşadan varlıqdır, yaddaşdır. Söz aqil dilində müdrik, nadan əlində kəmfürsət də ola bilir. Söz var, dağa qaldırır, söz də var ki, dağları təpəyə çevirir, güclü və müasir texnika kimi...
Zamanında və məqamında, yerində və məkanında işlədilən Xaliqi-Söz sahibinin ürfan təxəyyüllü olmasına işarə edir. Belələri zaman keçdikdən sonra kamil, aqil və müdriklər kimi tanınırlar. Amma, nə yazıqlar ki, onlar zaman keçdikdən sonra daha çox və olduqları kimi dərk edilirlər. Belə aqil, alim, müdrik dədələrimiz tarixi şəxsiyyətlər kimi də yaddaşlarda iz buraxırlar.
Əlbəttə, sərkərdə qalibiyyəti, əsgər döyüşkənliyi ilə sevilib. Sözə “ehya” verənlərimiz isə Dədə Qorquddan bugünümüzə kimi fəlsəfi düşüncələr müəllifi kimi yaşayıblar. Demək, Söz mənəvi qidamızdır, onu gərək elə istifadə edək ki, nəinki azalmasın, həm də leksikonumuz zənginləşsin, amma, təbii ki, yad ünsürlərlə yox.
Belə söz sahiblərimiz az olmayıb və nə yaxşı ki, davamçıları azalmır. Bu da əlbəttə, millətimizin və xalqımızın mənəvi sərvətlərindəndir.
Mən də bir qələm dostum, iş yoldaşım, həmkarım, həmdərdlim haqqında nəsə demək istədim. Dərd kitabını vərəqləməyə çalışdım. Orada nə yaxşı ki, həm də kamil söz mülkünün karvanı ilə qarşılaşdım, sarvanı tanıdığımız, həm də yaxşı tanımadığımız Zəkurə xanım idi. Üzü Qarabağa, Şuşaya... Laçına, Dəlidağa yol alan bu karvanın önündəki Zəkurə Quliyeva, arxadan axsaya-axsaya gedənsə mən idim...
Məhəmməd Nərimanoğlu
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 28-08-2020 19:10
Baxış sayı: 4973
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23