Reklam
"Gecələri ay götürüb, ulduzları düşür gölə" - ŞEİR
07-08-2020 12:34

Evdən uzaq
Bir evim var, günəş doğan,
Ay süzülən tərəfdədir.
Yolunu tapa bilmirəm,
Yollardayam bir həftədir.
Bir balaca həyəti var,
Həyətində çiçəkləri.
Qoca söyüd ağacıdı,
Üstü arı pətəkləri.
Gecələri ay götürüb,
Ulduzları düşür gölə.
Qurbağalar nəğmələşir,
Nəğmələr can tapır belə.
Buram-buram külək əsir,
Gecənin tən yarısında.
Balaca bir kirpi gəzir
Çiçəklərin arasında.
Uzanıram çəmən üstə,
Xəyallara dala-dala.
Bir qarışqa yük daşıyır,
Sinəm üstə bala-bala.
Tanrım, axı hardayam mən?
Quşlar ötmür bir həftədir.
Bir evim var, əgər ötsə,
Quşlar ötən tərəfdədir.
Əli Rüzgar

Kateqoriya: Poeziya-nəsr
Tarix: 07-08-2020 12:34
Baxış sayı: 3378Yazı axını
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
Ən çox oxunanlar





























