Reklam
Sazdan işıq alan kəlbəcərli gənc- Mehrac Dünyamalıyev
29-08-2020 15:05
Mehrac Dünyamalıyev- Türk dünyasının iki qanadından birinə vurulan buxovlar üzündən azad olunması tez-tez yuxularımıza girən Qarabağdan- Kəlbəcərdəndi... 28 yaşı var, anadan gəlmə görmə əngəllidir. Xalq musiqisinin və aşıqların əsrarəngiz sehrinə düşmüş istedadlı bir gəncdir. Altı yaşında, atasının tut ağacından düzəldilmiş qara sazında tanış olur Azərbaycan dastanları və xalq musiqiləri ilə. Atası oğlundakı istedadı duyub, bu sənəti ona da öyrədir. Mehrac qısa müddətdə-cəmi bir aya heç bir ustad dərs görmədən sazda ifa etməyi öyrənir. Aşıq Veysəlin, Kıvırcıq Alinin ifalarının timsalında, dolayısıyla Türk sazı ilə tanış olmuş olur. 2012-ci ildən başlayaraq gilas ağacının qabığından düzəldilmiş və adına "təzənə" deyilən sazın tellərinə toxunmağa başlayır mizrabıyla ilə. Onun səsini sözlə ifadə etmək, içindəki ağrıdan xəbərdar olmaq, hardasa mümükünsüzdür. Barmaqlarından qaynaqalanan ağrı, ruhumuzu oxşamaqda mahirdir. Saz-onun gözlərinə işıq daşıyan günəş, sirlərini bölüşdüyü dostu və yoldaşıdı. İndi də gəlin, Mehracın yanıqlı səsinə qərq olmuş, Türk dünyasının hər tərəfində dillər əzbərinə çevrilmiş və Azərbaycanın İstiqlal şairi Əhməd Cavadın sözləriylə pərvəriş tapmış "Çırpınırdı Qara dəniz" türküsünü dinləyək:
Hikmət Eren
EkoAVRASİYAnın baş redaktoru
Dalidag.az
Kateqoriya: Mədəniyyət
Tarix: 29-08-2020 15:05
Baxış sayı: 41 117Yazı axını
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























