Əli Uluxanlı Abdullayev Əli Kamran oğlu 1946 cı ildə Kəlbəcər rayonunda qulluqçu ailəsində anadan olmuşdur. 1964 cü ildə Kəlbəcər orta məktəbinin XI ci sinfini bitirmişdir. 1964 cü ildə Azərbaycan Politexnik İnstitunun (İndiki Texniki Univeristet) inşaat fakultəsinə daxil olmuş 1969 cu ildə həmin institutu bitirərək “İnşaat mühəndisi” ixtisası üzrə Ali təhsilli mütəxəssi olmuşdur. Elə həmin ildə də Ali təhsil təyinatı üzrə Sumqayıt şəhərində yerləşən”GİPROXLOR” layihə instituna işə göndərilmiş

Cənubi Qafqazda gərginliyin artması fonunda ATƏT-in Minsk Qrupunun həmsədrləri müəyyən fəallıq göstərib və münaqişə tərəfləri ilə danışıqlara başlayıb. Xüsusilə, gizli məlumatlar var ki, artıq İrəvanda ATƏT-in Minsk Qrupunun danışıqlar masası arxasına oturmaq təklifini qəbul ediblər. Ermənistanın münaqişənin “Madrid prinsipləri” üzrə həllinə razılıq verdiyi də bildirilir. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” qəzeti məlumat yayıb. Qəzetin Ermənistan hökumətindəki mənbəsinin

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Senariyə əsasən Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər. Təlimlər zamanı pilotlar həmçinin, şərti düşmənin yerüstü

Şəhid generalımız Polad Həşimovun adına Ermənistanda guya rayon olmasının “Quql xəritə"də (Google maps) qeydi ilə bağlı məsələ araşdırılacaq. Dalidag.az xəbər verir ki, bunu axar.az-a “Quql xəritə"də (Google maps) Ermənistan ərazisində Polad Həşimovun adına rayon qeyd olunmasına münasibət bildirən Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova deyib. O bildirib ki, bununla bağlı məsələ təsdiqini tapdığı halda Quql şirkətinə növbəti müraciət ünvanlanacaq.

Bu il 1-ci siniflər üçün nəzərdə tutulan, Təhsil Texnologiyaları Mərkəzi tərəfindən nəşr edilən iş dəftərlərinin satışı əvvəlki illərdən daha aşağı qiymətə "Azərpoçt"larda həyata keçirilir. Dalidag.az bildirir ki, bununla da ölkə üzrə təhsilalanlar üçün vəsaitin münasib qiymətə əlçatanlığı təmin olunur. Respublika üzrə yaşayış məntəqələrinə uyğun olaraq poçt məntəqələri fəaliyyət göstərir. Hazırda tədris ilinin yeni başlaması səbəbindən qeyd olunan iş dəftərlərinə tələbat çoxdur. Məlumat üçün

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 69 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun
Yazı axını