Reklam
Kəlbəcərimizin tarixini 600-700 il qabağa çəkən müəllif- Əli Uluxanlı
24-09-2020 17:32
Əli Uluxanlı
Abdullayev Əli Kamran oğlu 1946 cı ildə Kəlbəcər rayonunda qulluqçu ailəsində anadan olmuşdur. 1964 cü ildə Kəlbəcər orta məktəbinin XI ci sinfini bitirmişdir. 1964 cü ildə Azərbaycan Politexnik İnstitunun (İndiki Texniki Univeristet) inşaat fakultəsinə daxil olmuş 1969 cu ildə həmin institutu bitirərək “İnşaat mühəndisi” ixtisası üzrə Ali təhsilli mütəxəssi olmuşdur. Elə həmin ildə də Ali təhsil təyinatı üzrə Sumqayıt şəhərində yerləşən”GİPROXLOR” layihə instituna işə göndərilmiş və orada mühəmdis-texnik kimi əmək fəaliyyətinə başlamışdır. Bacarığı sahəsində bir aydan sonra mühəndis vəzifəsinə keçirilmişdir.
1970 ci ildə Kəlbəcər rayonuna “Təbii Qaz” çəkilişi ilə əlaqədar olaraq mütəxəssis çatışmazlığına görə Rayon İcraiyyə Komitəsinin müraciəti ilə və “QİPROXLOR” Layihə İnstitunun məktubunu nəzərə alaraq Azərbaycan Nazirlər Sovetinin göstərişi ilə İş yeri Kəlbəcərə dəyişilmişdir.
1973 cü ildə yeni yaradılan “Kəlbəcər rayon maye qaz” istismar istismar sahəsinə rəis təyin edilmiş.
1973 cü ilin fevralında Kəlbəcər Rayon Komsomol Komitəsinin plenumunda Rayon Komsomol Komitəsinin I katibi vəzifəsinə seçilmişdir. Onun bu sahədə gördüyü işlər həmişə rayon rəhbərliyi və ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.1978-1980 cı illərdə Bakı Ali Partiya məktəbini bitirmiş və o zamandan da müxtəlf vəzifələrdə məsul işlərdə çalışmışdır. Onun gördüyü işləri isə bir statusa yerləşdirmək mümkün deyil. Mən Əli müəllimi başqa prizmadan sizlərə təqdim edəcəm əziz oxucular.
Uzun illərdir ki dostluq edirək Əli müəllimlə. Açığını deyim ki, bu yazımdan da xəbəri yoxdur. Bu da bir dost sürprizidir.
Əli müəllim -ƏLİ ULUXANLI əsasən “Komsomol Əli” kimi yaddaşlarımıza yazılıb. O gözəl ziyalı, etibarlı dost, gözəl ailə başçısıdır. Əli müəllim gözəl şeirlər müəllifidir. Yeri gəldikcə hisslərini şeirlə deyə bilir. Gözəl nasirdir, gözəl yazıçıdır desəm heç də səhv etmərəm.
Onun “Uluxan Şəcərəsi” haqqında yazdığı kitab mən deyərdim ki, Kəlbəcərimizin tarixini 600-700 il qabağa çəkir. Bu kitabı mən İqbal İsmayılovun “Arğalı” trilogiyası ilə eyni səviyyədə görürəm. Bu kitabların hər biri zamanı gələndə tədqiqat mənbəyi kimi vərəqlənəcək. Bax budur tarixi yazmaq. Tariximizi yaşatmaq. Hər bir şair öz şeirləri ilə özlərini reklam edir və gündəmdə qalmaq üçün çox çalışırlar. Tarix isə bizdən başqa nüansları tələb edir. Bax bu kitablar təsdiq edəcək ki, Kəlbəcər bizim olub və Kəlbəcərdə bizlər yaşamışıq. Yazılmayan tarix məhvə məhkumdur.
Əli Uluxanlının Qəhrəman şəhdlərimiz haqqında yazdıqları da bir tarixdir. Ülfət Kərimovun qəhrəmanlığını gözlərimizlə görsək də Əli müəllimin yazdıqları bunun real nümunəsidir.
Əli Uluxanlı yenə də yeni-yeni mübarək yazıları ilə məşğuldur. İnşallah yəqin ki, yaxın zamanlarda onun xüsusi sənədlər əsasında yazdığı “Kəlbəcər Batalyonu” adlı kitabını oxumağı Allah bizə rüsxət verər.
Sənə bu mübarək yaradıcılıq yolunda uğurlar arzulayıram gözəl ziyalı, etibarlı dost Əli Uluxanlı. Allah bizi yenidən doğma dağlarımızda görüşdürsün.
Yusif Hüseyn, şair-tədqqiqatçı
24 sentyabr 2020 ci il
Dalidag.az Kateqoriya: Poeziya-nəsr
Tarix: 24-09-2020 17:32
Baxış sayı: 41 266
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02