Reklam
Ermənistanda Polad Həşimov rayonu var – Nazirlikdən cavab
24-09-2020 14:07
Şəhid generalımız Polad Həşimovun adına Ermənistanda guya rayon olmasının “Quql xəritə"də (Google maps) qeydi ilə bağlı məsələ araşdırılacaq.
Dalidag.az xəbər verir ki, bunu axar.az-a “Quql xəritə"də (Google maps) Ermənistan ərazisində Polad Həşimovun adına rayon qeyd olunmasına münasibət bildirən Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova deyib. O bildirib ki, bununla bağlı məsələ təsdiqini tapdığı halda Quql şirkətinə növbəti müraciət ünvanlanacaq.
Nazirlik rəsmisi, həmçinin bildirib ki, bəzi Azərbaycan rayonlarının adlarının da sözügedən elektron xəritədə Azərbaycan dili ilə yanaşı, erməni dilində göstərilməsi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və XİN tərəfindən dəfələrlə Quql şirkətinin mərkəzi ofisinə müraciətlər göndərilib:
“Şirkətdən verilən cavab isə ondan ibarət olub ki, “Quql xəritə” istifadəçilərin fərdi yaradıcılığı prinsipi əsasında fəaliyyət göstərir. Bu halda vətəndaşlarımız fəal şəkildə adıçəkilən elektron xəritədə bu kimi neqativ halların qarşısını almaq üçün öz səylərini əsirgəməməlidirlər".
Qeyd edək ki, “Quql xəritə"də (Google maps) Ermənistan ərazisində şəhid generalımız Polad Həşimovun adına rayon qeyd olunub.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 24-09-2020 14:07
Baxış sayı: 4623Yazı axını
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
Ən çox oxunanlar






























