Reklam
Məktəblərlə bağlı önəmli AÇIQLAMA
24-09-2020 11:30
Bu il 1-ci siniflər üçün nəzərdə tutulan, Təhsil Texnologiyaları Mərkəzi tərəfindən nəşr edilən iş dəftərlərinin satışı əvvəlki illərdən daha aşağı qiymətə "Azərpoçt"larda həyata keçirilir.
Dalidag.az bildirir ki, bununla da ölkə üzrə təhsilalanlar üçün vəsaitin münasib qiymətə əlçatanlığı təmin olunur.Respublika üzrə yaşayış məntəqələrinə uyğun olaraq poçt məntəqələri fəaliyyət göstərir. Hazırda tədris ilinin yeni başlaması səbəbindən qeyd olunan iş dəftərlərinə tələbat çoxdur.
Məlumat üçün bildiririk ki, iş dəftəri dərslik komplektinin ayrılmaz tərkib hissəsidir.
Dərslikdə verilmiş məzmunun şagirdlər tərəfindən daha dərindən mənimsənilməsi üçün iş dəftərində tətbiqi xarakterli sual və tapşırıqlar verilir.
Qazanılmış bilik və bacarıqların təkmilləşdirilməsi, praktik vərdişlərin formalaşdırılması üçün bu vəsait xüsusi əhəmiyyət kəsb edir.
Məsələn, Azərbaycan dilində yazı bacarıqlarının formalaşdırılması, riyaziyyatda misal və məsələlərin həlli üçün iş dəftərinin rolu əvəzedilməzdir. Bu vəsait eyni zamanda gündəlik qiymətləndirməyə, təlim prosesinin monitorinqinə və şagirdin inkişaf dinamikasının izlənilməsinə imkan verir.
Qeyd edək ki, ötən gün mövzu ilə bağlı "Məktəblilərin "iş dəftəri" problemi" adlı yazıda ətraflı məlumat vermişdik.baku.ws
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 24-09-2020 11:30
Baxış sayı: 3414Yazı axını
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)



















