Kəlbəcər rayon İcra Hakimiyyətində vətəndaşlarla növbəti onlayn qəbul keçirildi. Görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edildi və 71 nəfər kəlbəcərli məcburi köçkünün müraciəti dinlənildi. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən onların problemlərini, təkliflərini aidiyyatı üzrə qeydiyyata alınmasını və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz funksiyalarını ölkəmizin ərazisində koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşını almaq məqsədilə həyata keçirilən dövlət tədbirləri çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və qaydalara uyğun olaraq yerinə yetirir. Komitə sədri Rövşən Rzayev bu gün növbəti videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib,

Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür. Dalidag.az xəbər verir ki, Jurnalistlərin Həmrəylik Günü Beynəlxalq Jurnalistlər Təşkilatının 1958-ci ilin mayında Buxarestdə keçirilmiş IV konqresinin qərarı ilə qeyd olunur. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilib. XX əsrin sonlarında BMT bu tarixi Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü qeyd edib. Bu gün

Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı vəkili vəsatət verib. Dalidag.az xəbər verir ki, vəkilin vəsatəti Səbail rayon Məhkəməsinə təqdim olunub. Vəsatət araşdırılması üçün hakim Ülviyyə Şükürovanın icraatına verilib. Məhkəmənin vaxtı hələki açıqlanmayıb. Qeyd edək ki, avqustun 14-də Səbail rayon Məhkəməsinin qərarı ilə Eldar Həsənovun barəsində 3 ay

Folklor örnəklərinin toplanması qaçqın və köçkünlərə göstərilən ən böyük mənəvi dəstəkdir Bilal Alarlı HÜSEYNOV, ADPU Cəlilabad Filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru [email protected] Folklor xalqın tarixi yaddaşıdır. Xalq bütün zamanlarda yaşantılarını və həyat tərzini folklora köçürməyə çalışmışdır. Əlbəttə, dinc dövrlərdən fərqli olaraq, müharibələr, münaqişələr və təbii fəlakətlər folklorda daha çox yer almışdır. Bu da həmin hadisələrin xalqın həyatında oynadığı potensial

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 57 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Novruzlu, Füzuli rayonunun
Yazı axını