Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb. Artıq həmin postda Azərbaycan Bayrağı dalğalanır! Dalidag.az

Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır! Dalidag.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Twitter səhifəsində yazıb.

Azərbaycanın Gəncə şəhəri yenidən Ermənistan ərazisindən atəşə tutulub. Dalidag.az xəbər verir ki, mülki obyektlərə ciddi ziyan dəyib, sakinlər arasında yaralananlar var.apa

Ordumuzun erməni təxribatına cavab olaraq əks-hücum həmləsinin başlanmasından 1 həftə ötür. Dalidag.az xəbər verir ki, bu qısa müddətdə Ordumuzun uğurlu əks-hücum əməliyyatı nəticəsində bir sıra kənd və vacib yüksəkliklər yenidən nəzarətimiz altına keçib. Azad edilən kəndlərin siyahısını təqdim edirik: 1. Suqovuşan (Ağdərə rayonu) 2. Qaraxanbəyli (Füzuli) 3. Qərvənd (Füzuli) 4. Horadiz kəndi (Füzuli) 5. Böyük Mərcanlı (Cəbrayıl) 6. Nüzgar (Cəbrayıl) 7. Talış kəndi (Tərtər) 8. Mehdili (Cəbrayıl)

"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb". Dalidag.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. "Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini ağır artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub. Yenə də Ermənistan ərazisindən Azərbaycanın Füzuli və Cəbrayıl rayonları istiqamətində yaşayış məntəqələrinə raket

Suqovuşan kənd (işğal dövründə: Madagiz) Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsində yerləşir. Suqovuşan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Ermənist an silahlı qüvvələri hazırda Xankəndi ərazisindən Tərtər şəhəri və Füzuli rayonunun Horadiz şəhərinin ərazisini raket atəşinə tutur. Azərbaycan Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat cavab tədbirləri görülür. Dalidag.az
Yazı axını