Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Dalidag.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Tvitter səhifəsində yazıb.

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib. Dalidag.az xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib. Prezident İlham Əliyevin

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər. Dalid ag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib. Ələ keçirilən hərbi qənimətlərin görüntülərini təqdim edirik. Dalid ag.az

Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Arsrun Ovannisyanı tanıyırsınız, nəfəsi yalanla gedib-gələn adamdır. İşi belə tələb edir, bildiyi bütün həqiqətləri olduğu kimi desə, ölkəsində xaos yaranar. Müharibə zamanı bəzi həqiqətləri gizlətmək, hər şeyi deməmək, öz xalqının ruhdan düşməməsi, düşmənin eyforiyaya qapılmaması (eləcə döyüş ruhunun çökməsi) üçün xırda-para yalanlar yaymaq informasiya müharibəsində məqbul sayılır. Ancaq bu Ovannsyan bütün çərçivələri aşır. Özü də o, bunu elə bir

Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələrinin atəşə tutması nəticəsində düşmənin canlı qüvvə baxımından çoxlu sayda ölən və yaralananı var. Onun döyüş sursatının tükəndiyi, artilleriya qurğularının isə sıradan çıxarıldığı məlum olub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və

Müdafiə Nazirliyi son zamanlar sosial şəbəkələrdə Azərbaycanın işğal altında olan torpaqları uğrunda apardığı əks-hücum əməliyyatları barədə çox sayda foto və videolar paylaşılması ilə bağlı əhaliyə müraciət ünvanlayıb. Müraciətdə çəkilmiş foto və videoların paylaşılmaması bildirilib. Qeyd edilib ki, düşmənə hərbi sirr verməmək üçün bu addımları atmamaq lazımdır. Dalidag.az

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də
Yazı axını