Reklam

Ovannisyanın xəritəsi və beynəlxalq savaş xəritəsi - quyruqlu yalanın ifşası
25-10-2020 12:20

Müharibə zamanı bəzi həqiqətləri gizlətmək, hər şeyi deməmək, öz xalqının ruhdan düşməməsi, düşmənin eyforiyaya qapılmaması (eləcə döyüş ruhunun çökməsi) üçün xırda-para yalanlar yaymaq informasiya müharibəsində məqbul sayılır.
Ancaq bu Ovannsyan bütün çərçivələri aşır. Özü də o, bunu elə bir şəraitdə edir ki, yalanının ömrü nəinki 40 gün, heç 40 dəqiqə də çəkmir. Çünki internet, peyk, dron əsridir, ucqar bir əyalətdə oturub meqapolisdə baş verənləri canlı-canlı izləmək mümkündür. Eləcə də əksinə.
Belə olandan sonra insanlar həqiqətləri öyrənmək üçün bir neçə müxtəlif mənbəyə baş vurur, kimin yalan, kimin doğru danışdığını öyrənirlər.

Elə qələmə verilir ki, şimal tərəfdə yalnız Talış kəndi azad edilib, amma guya ki, erməni hərbi hissələri Talışın bir addımlığındadır, Madagizin Suqovuşana çevrilməsina dair qeyd ümumiyyətlə yoxdur. Bu su anbarı artıq 20 gündür Tərtər və Bərdə camaatının istifadəsindədir, bunlar hələ oralarda "döyüşür".
Murov zirvələrinin Azərbaycan ordusunun nəzarətinə keçməsindən, orda artıq yalnız bizim postlarımızın olmasından söz açılmır. Ancaq deyirlər ki, Vardenis-Kəlbəcər yolu təhlükəsizlik səbəbindən bağlıdır. Görəsən, niyə? Yol birdən-birə niyə təhlükəli oldu, 27 ildir əlinizdəydi axı.
Azərbaycan sərhədçiləri Ağbənddə bayraq qaldırıb, sərhəd zastavasında keşik çəkirlər, Ovanisyan deyir ki, Mincivanda və Zəngilanın yaxınlığında döyüşlər gedir.
Onun təqdim etdiyi xəritədə ordumuzun hissələri Cəbrayıldadır, amma özü deyir ki, düşmən ordusu Laçında, Qubadlıqda döyüşə girir.
Bir sözlə, erməni sözçü öz xalqını bu dəfə əldəqayırma xəritə ilə çaşdırmaq, başının altına yastıq qoymaq istəyir.

Buradan görünür k, hərbi əməliyyatlar getməyən cəmi iki yer var: Ağdam rayonu və Kəlbəcərin dərinlikləri. Qalan hər yer bu və ya digər şəkildə ordumuzun nəzarəti və atəşi altındadır, döyüşlər də yerdə qalan ərazilərin işğaldan qurtarılması istiqamətində gedir.musavat.com
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
