“İşğal olunmuş torpaqlarımızın azadlığına ümidim heç zaman itməmişdi. Torpaq həsrətini illərdir ki, çəkirdik. Bu gün Azərbaycan Prezidentinin, Ali Baş Komandanımızın rəhbərliyi ilə sevincli günlərimizi yaşayırıq. Artıq Qarabağ işğaldan azad olunmaq üzrədir”. Dalidag.az xəbər verir ki, bu sözləri gununsesi.info-ya eksklüziv açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, uzun illər Kəlbəcəri Milli Məclisdə təmsil etmiş Cavid Qurbanov söyləyib. Onun sözlərinə görə,

“Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Dalidag.az -ın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev “Twitter” hesabında yazıb.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) cəbhə xəttinə yaxın ərazilərdə yaşayan və Ermənistanın mülki əhalini hədəf alan atəş zərbələrindən zərər çəkən Azərbaycan vətəndaşlarına 40 ton ərzaq yardımı göstərib. Dalidag.az xəbər verir ki, hazır və konservləşdirilmiş ərzaq məhsullarından ibarət bağlamalar Tərtər, Ağdam və Bərdə rayonları ərazisində 2 min ailəyə (təxminən 8000 nəfərə) paylanıb. Ermənistan silahlı birləşmələrinin bu il sentyabrın 27-də genişmiqyaslı təxribatlara başlamasına

“Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Dalidag.az məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.

"Kəlbəcərə Qayıdış" İctimai Birliyinin üzvü olan 1-ci Qarabağ müharibəsi iştirakçıları ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıblar. Dalidag.az-a daxil alan müraciətdə deyilir:" Cənab Ali Baş Komandan, şanlı ordumuzun Qarabağda olan zəfərləri bizləri ruhlandırır və Sizə öz təşəkkürlərimizi bildiririk. Biz kəlbəcərlilər də müqəddəs Vətən savaşında iştirak etmək arzusundayıq. Və bu barədə müvafiq əmr verməyinizi Sizdən xahiş edirik! Tanrı ay-ulduzlu şanlı ordumuzu,

Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə elan olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymaqda davam edir. Baş Prokurorluqdan verilən məlumata görə, belə ki, 22 oktyabr 2020-ci il tarixdə səhər saatlarından

Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri hərbçilərlə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər. Nazirlikdən verilən məlumata görə, qurumun müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik "İti qovan” Pilotsuz Uçuş Aparatlarının seriyalı istehsalına başlayıblar. Ali Baş Komandan İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılıb. Hazırda "İti qovan” PUA-ları Azərbaycan Ordusunun istifadəsindədir.

Oktyabrın 22-də səhər saat 09.00 radələrində Ermənistan ərazisindən Qəbələ və Kürdəmir istiqamətində əməliyyat-taktiki raket komplekslərindən ballistik raketlər atılıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Dalidag.az
Yazı axını