Azərbaycan ordusunun Şuşanın həndəvərinə gedib çıxması və hətta bəzi iddialara görə şəhərin yaxın ətrafında möhkəmlənməsi Şuşa türməsində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi barədə çoxsaylı suallar yaradıb. Görəsən onları Yerevana aparıblarmı, yoxsa hələ də Şuşada saxlanılırlar? Beynəxlaq Qırmızı Xaç Komitəsinin onlardan xəbəri varmı? Sentyabrın 27-dən sonra onlara baş çəkiblərmi? Dalidag .az xəbər verir ki, Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib ki, bir həftə öncə onu

Laçının önəmini izah etməyə ehtiyac yoxdur. Bu, müharibənin geri çəkilməyin mümkün olmadığı əsas məqamlarından biridir. Dalidag.az xəbər verir ki, bu barədə publisist Qrant Ter-Abrahamyan öz Feysbuk səhifəsində yazıb. “Bir həftə öncə yazdığım kimi, bu, müharibənin həlledici mərhələlərindən biridir. Düşmən (Azərbaycanı nəzərdə tutur – red.) Laçına təhlükə yaradır. Digər tərəfdən Şuşa üçün cənubdan real bir təhlükə yaratmağa çalışır. Laçının əhəmiyyətini izah etməyə ehtiyac yoxdur. Bütün

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Koreya Respublikasının ölkəmizdəki səfirliyinin rəsmisi xanım Ji Youn Woo ilə görüşüb. Komitədən Dalidag.az -a verilən məlumata görə, görüşdə səfirlik tərəfindən məcburi köçkün ailələrinə ediləcək humanitar yardım məsələləri müzakirə edilib. Fuad Hüseynov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə məlumat verib. Ermənistanın hərbi təcavüzü və işğalçılıq

Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Dalidag.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Tvitterdə yazıb.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti son günlər “dqr”dən Ermənistana qanunsuz silah daşınması hallarını aşkar edib. Bir neçə həftədir ki, silah transferi başlayıb. Dalidag.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko öz Teleqram hesabında yazıb. Ekspert silah transferinin terror aktlarında rol oynayacağını deyib: “Burada ən təhlükəli məqam “dqr ordusu”ndakı “Kalaşnikov” avtomatlarından başqa, qaçaqmalçılıq yolu ilə daşınan zenit-raket komplekslərinin erməni

Türkiyənin sabiq baş naziri Məsud Yılmaz İstanbulda dünyasını dəyişib. “Sözcü” xəbər verir ki, 73 yaşlı siyasətçi uzun sürən ağır xəstəlikdən əziyyət çəkirdi. Qeyd edək ki, “Ana Vətən” partiyasının keçmiş sədri Məsud Yılmaz Türkiyənin baş naziri, xarici işlər naziri, mədəniyyət və turizm naziri vəzifələrində çalışıb. O, indiyədək 6 dəfə millət vəkili seçilib. Dalidag.az

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Müdafiə Nazirliyindən verilən xəbərə görə, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Cəbhənin müxtəlif

Erməni separatçılarının ilk liderlərindən, erməni işğal ordusunun ilk komandirlərindən biri olan keçmiş hərbçi, polkovnik Arkadi Karapetyan erməni xalqına müraciət edib. Dalidag.az xəbər verir ki, Feysbuk hesabından səslənən Karapetyan çətin vəziyyətdə olduqlarını, köməyə ehtiyac duyduqlarını, döyüş meydanında tək qaldıqlarını bildirərək, aciz şəkildə yardım diləyib: “Mediada oxuyuram cəbhədə olanlarla bağlı, məndə elə təəssürat yaranır ki, Ermənistanda yaşayanların həqiqətlərdən xəbərləri
Yazı axını