Reklam
İrəvanın xəbəri yoxdur: Biz məhv oluruq – Erməni polkovnik
30-10-2020 08:12
Dalidag.az xəbər verir ki, Feysbuk hesabından səslənən Karapetyan çətin vəziyyətdə olduqlarını, köməyə ehtiyac duyduqlarını, döyüş meydanında tək qaldıqlarını bildirərək, aciz şəkildə yardım diləyib:
“Mediada oxuyuram cəbhədə olanlarla bağlı, məndə elə təəssürat yaranır ki, Ermənistanda yaşayanların həqiqətlərdən xəbərləri yoxdur. Düzdür, mən özüm hazırda hərbçi olmasam, əməliyyatlarda iştirak etməsəm də, lap dəqiq deyə bilərəm ki, cəbhədə hazırda nələr baş verir. Hamının döyüşlərdə tanışları var və bu sirr deyil. Döyüşlər artıq Şuşa qalasının divarlarının yanında gedir. Bilmirəm bu barədə sizə nəsə deyirlər, ya yox, amma onlar bizi uzaqdan toplarla vururlar, sonra da gəlib bizim ölmüş oğlanların yerində dururlar. Mən bunu panika yaymaq üçün demirəm, ona görə deyirəm ki, biləsiniz, bizim sizin köməyinizə çox ehtiyacımız var”.
O, erməni xalqına müraciətində əlavə edib:
“Bilmirəm siz bunu hökumətinizə deyəcəksiniz, ya necə edəcəksiniz, ancaq bizə kömək lazımdır, məhv olub gedirik. Gücümüz tükənir”.
Qeyd edək ki, Arkadi Karapetyan “Daşnaksütyun” partiyasının fəallarından olub. O, Qarabağda separatçı hərəkatı başladan və hərbi əməliyyatlarda birbaşa iştirak edən, Azərbaycan ərazilərinin işğalında xüsusi rol oynayan şəxslərdən biri kimi tanınır.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 30-10-2020 08:12
Baxış sayı: 4319Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17





























