Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin Azərbaycandakı səfirliklərinə məktubla müraciət edib. Müraciətin məqsədi mövcud münaqişənin sülh və danışıqlar yolu ilə tənzimlənməsi üçün mandat almış dövlətlərin diqqətini Ermənistanın yeni təcavüzünə yönəltməkdir. Müracətdə deyilir: “Ermənistanın silahlı qüvvələri 27 sentyabr 2020-ci ildə atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı genişmiqyaslı hücuma

Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Dalidag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Tvitter səhifəsində yazıb.

Ermənistan silahlı qüvvələri Ordubad rayonu ərazisinə raket zərbəsi endirib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib. Dalidag.az

Son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas

Oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti yenə də gərgin olaraq qalıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, işğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini, eləcə də cəbhə xəttinə yaxın kəndləri düşmən dünən gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri səhər saatlarından başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Yazı axını