Təbriz əhalisi Azərbaycan ordusunun Qarabağda keçirdiyi hərbi əməliyyatlara dəstək məqsədi ilə küçələrə axışıb. Görüntülər aksiya iştirakçıları tərəfindən mobil telefona çəkilərək sosial şəbəklərdə paylaşılıb. Aksiyada Ermənistanın işğalçı siyasəti qınanılıb, “Biz ölməyə hazırıq, aqibətdən razıyıq!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim olacaq!” və sair şüarlar səsləndirilib. Dalidag.az

Azərbaycan Ordusunun üç istiqamətdə apardığı şiddətli döyüşlər Ermənistanda və separatçıların nəzarətində olan ərazilərdə ciddi təşvişə səbəb olub. Ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra bu ərazilərdən kütləvi köç prosesinə başlanılıb. Artıq beş gün ərzində Ermənistana köç edən əhalinin sayı 20 minə çatıb. Bundan təşvişə düşən Ermənistan hakimiyyəti qaçqınların yerləşdirilməsi üçün bir sıra beynəlxalq humanitar təşkilatlara, xüsusilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib. Dalidag.az xəbər verir ki, bununla yanaşı Ermənistan hərbçilərinin qoyub qaçdığı müxtəlif silah-sursat və texnikalar döyüş meydanında ələ keçirilib.

Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatları nəticəsində işğaldan azad etdiyi ərazilərdən görüntülər yayılıb. Dalidag.az Real TV-yə istinadən xəbər verir ki, görüntülərdən artıq Azərbaycan Silahlı Qüvvələri hərbçilərinin həmin ərazilərdə möhkənləndiyi görünür. Ərazilərdə məhv edilən düşmənin xeyli sayda texnikası, silah-sursatı aşkar olunaraq ələ keçirilib. Texnikanın içində və ərazidə Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinə məxsus sənədlər aşkar olunub.

"Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub". Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub: "Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb. Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri

Azərbaycan Ordusu qışa qədər ərazi bütövlüyünü tam bərpa edəcək. Dalidag.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Oleq Kuznetsov bildirib. “Şübhə etmirəm ki, qışa qədər Azərbaycan ərazilərindəki bütün erməni silahlı birləşmələrini və işğalçı hakimiyyəti məhv edərək ərazi bütövlüyünü tam bərpa edəcək”, - o, Feysbuk səhifəsində yazıb. Xatırladaq ki, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan

Xəbər verdiyimiz kimi bu gün Əməkdar incəsənət xadimi, şair Vaqif Bayatlı Odərin doğum günüdür. O, 1948-ci il oktyabrın 1-də Cəbrayılın Böyük Mərcanlı kəndində doğulub. Dalidag .az xəbər verir ki, V.Bayatlı 27 illik işğaldan sonra doğulduğu kəndin ordumuz tərəfindən azad edilməsinə görə sevindiyini bildirib: “Təbrikiniz üçün çox sağ olun. Bu gün ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üçün uğurlu əməliyyatlar keçirir. Ordumuz kəndimizi həm də mənim ad günümə görə işğaldan azad edib.

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Baş Prokurorluqdan verilən məlumata əsasən, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, 16 nəfər şəxs isə həlak
Yazı axını