Reklam
Azərbaycan Ordusunun azad etdiyi ərazilərdən yeni VİDEO
01-10-2020 16:20
Dalidag.az Real TV-yə istinadən xəbər verir ki, görüntülərdən artıq Azərbaycan Silahlı Qüvvələri hərbçilərinin həmin ərazilərdə möhkənləndiyi görünür.
Ərazilərdə məhv edilən düşmənin xeyli sayda texnikası, silah-sursatı aşkar olunaraq ələ keçirilib. Texnikanın içində və ərazidə Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinə məxsus sənədlər aşkar olunub.
Hazırda Azərbaycan Ordusunun işğal altında qalan torpaqların azad edilməsi istiqamətində əməliyyatları davam etdirilir.
İlkin açıqlanan məlumata görə, əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Aşağı Əbdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.
Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.
Dalidag.az







Kateqoriya: Qarabağ
Tarix: 01-10-2020 16:20
Baxış sayı: 4862Yazı axını
21 / 11 / 2026
20 / 11 / 2026
20 / 11 / 2026
19 / 11 / 2026
18 / 11 / 2026
17 / 11 / 2026
17 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
14 / 11 / 2026
14 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
11 / 11 / 2026
11 / 11 / 2026
10 / 11 / 2026
09 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
Ən çox oxunanlar




























