Azərbaycanda fəaliyyət göstərən "Ronahi" Kürd Mədəniyyət Mərkəzi işğalçı terror dövləti Ermənistan tərəfindən Dağlıq Qarabağda döyüşən PKK və YPG-li terrorçuların əməllərini pisləyən bəyanat yayıb. Dalidag.az -a daxil olan bəyanatda deyilir: "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda silahlı qüvvələrimizin apardığı mübarizədə özlərini «kürd xalqının müdafiəçiləri» kimi təqdim edən terrorçu PKK təşkilatının Ermənistan ordusuna silahlı dəstək verməsi biz – Azərbaycanda yaşayan kürdlərin

Məcburi köçkünlərin insan hüquqlarının tam bərpa edilməsi münaqişənin beynəlxalq hüquq normaları, ələlxüsus dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini tələb edir. Bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ADA Universiteti tərəfindən qaçqın və məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasəti haqqında xarici diplomatlar üçün keçirilən onlayn mühazirəsi

Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan oğlunun könüllülərlə birlikdə Qarabağ münaqişəsi bölgəsinin ön xəttinə getdiyini bildirib. Dalidag.az xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb. “Bu gün Ermənistan Respublikası Baş nazirinin oğlu Aşot Paşinyan könüllülərlə birlikdə hərbi avtobusla cəbhə xəttinə gedir”, - Akopyan qeyd edib.

Azərbaycan Ordusunun növbəti hücum əməliyyatlarından sonra müharibənin nəticələri Türkiyə və Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində sabitləşəcək və Qarabağ nəhayət Azərbaycana qayıdacaq. Dalidag.az xəbər verir ki, bunu serbiyalı ehtiyatda olan general-mayor Mitar Kovaç deyib. “Ümid edirəm ki, bu müharibə tezliklə başa çatacaq. Tərəflərin hazırkı mövqelərini nəzərə alaraq, danışıqların birmənalı şəkildə Azərbaycanın xeyrinə başa çatacağını demək olar”, - Kovaç bildirib.

Rusiya, Azərbaycan və Ermənistan başçıları - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün üçtərəfli görüşü planlaşdırılmır. TASS xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. “Hazırda belə bir görüşdən söhbət getmir”, - o, deyib. Eyni zamanda, onun sözlərinə görə, Putinin 12 oktyabrda Rusiyaya səfər edəcək Ermənistanın XİN başçısı Zohrab Mnatsakanyanla da görüşü planlaşdırılmır: “Hazırda belə bir şey

Ermənistandan Qarabağa gedən yol bağlandı. Ermənistanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini birləşdirən Zod – Kəlbəcər yolu təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq bağlanılıb. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd edək ki, daha əvvəl də Ermənistan FHN bu barədə məlumat yaymışdı. O zaman həmin yolun hərbi məqsədlər üçün istifadəsinin təhlükəli olduğu qeyd edilirdi. Artıq Ermənistan o yoldan istifadənin ümumiyyətlə

Son günlər sosial şəbəkələrdə hərbi ekspertlərə qarşı ittihamlar səslənir. Əksəriyyət hesab edir ki, hərbi ekspertlər televiziyalarda çıxış edərkən ehtiyatsızlıq edir, fikirlərini əsaslandırarkən ordunun döyüş taktikasını açıqlayır, qarşıya qoyulan hədəflər barədə bilməyərəkdən də olsa, açıq məlumat verir. Müharibə şəritində bu, qəti yolverilməzdir. Çünki düşmən həmin məlumatlardan faydalana bilər. Bu səbəbdən telekanallarda hərbi mövzuda müzakirələr aparılan zaman ehtiyatı əldən verməmək

“Bu gecə səhər saatlarınadək Qarabağ cəbhəsində döyüşlər davam edib. Qarşılıqlı artilleriya duelləri olub, ordumuz müxtəlif istiqamətlərdə hücum və əks-hücum əməliyyatları aparıb”. Dalidag.az xəbər verir ki, bu haqda jurnalist Elçin Alıoğlu məlumat verib. Jurnalist qeyd edib ki, hava şəraiti pisləşdiyindən artilleriya və aviasiya kəşfiyyatı zəifləmişdi: “Ordumuz bu vaxtdadək xeyli irəli gedərək ön cəbhədən bir qədər geri qalmış arxa cəbhəni formalaşdırmağa, habelə mühasirəyə alınmış
Yazı axını