“İşğal olunmuş torpaqlarımızın azadlığına ümidim heç zaman itməmişdi. Torpaq həsrətini illərdir ki, çəkirdik. Bu gün Azərbaycan Prezidentinin, Ali Baş Komandanımızın rəhbərliyi ilə sevincli günlərimizi yaşayırıq. Artıq Qarabağ işğaldan azad olunmaq üzrədir”.
Dalidag.az xəbər verir ki, bu sözləri gununsesi.info-ya eksklüziv açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, uzun illər Kəlbəcəri Milli Məclisdə təmsil etmiş Cavid Qurbanov söyləyib.
Onun sözlərinə görə, Azərbaycan ordusu şanlı tarix yazır: “Biz isə bunun şahidiyik. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün illərlə sülh danışıqlarına getdi. 30 ilə yaxındır ki, status-kvo dəyişməz idi. Ancaq Ermənistan sülh üçün addım atmadı. Biz bu səylərimizi davam etdirməyimizlə paralel olaraq həm də ordu quruculuğuna ciddi önəm verdik. Məhz bunun nəticəsidir ki, bütün əməliyyatlar qələbə ilə nəticələnir. Bu gün həm də şəhidlərimizin qisası alınır. Ermənilərin Xocalıda, mənim doğma kəndim olan Ağdabanda törətdikləri soyqrım cinayətlərinin cavabı verilir. 16 nəfər doğması şəhid olan bir vətəndaş kimi bu günü səbirsizliklə gözləyirdim. Tezliklə bizim Kəlbəcər həsrətimiz də bitəcək. Ali Baş Komandanımızdan Kəlbəcərin də müjdəsini alacağıq”.
Reklam
Cavid Qurbanov: “Kəlbəcər həsrətimiz də bitəcək...”
22-10-2020 22:13
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 22-10-2020 22:13
Baxış sayı: 4432Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15




























