Reklam

Suqovuşan azadlığına qovuşdu...
04-10-2020 11:06

Suqovuşan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında Ermənistan ordusunun Eçmiədzin könüllülər yenidən Suqovuşanıi işğal edib.
Azərbaycan kütləvi informasiya vasitələrində 2016-cı il aprelin 4-dən 5-nə keçən gecə baş verən ağır döyüşlərdən sonra Suqovuşan kəndinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyi xəbəri yayılsa da, bu barədə Azərbaycan Respublikası Müdafə Nazirliyi tərəfindən heç bir açıqlama verilməmiş, erməni tərəfi isə xəbərin dezinformasiya olduğunu bildirmişdir.
2016-cı ilin aprel ayına qədər bu yaşayış məntəqsində 500 nəfərə qədər erməni yaşayırdı. Madagiz kəndi ərazisində üç tarix-memarlıq abidəsi qeydiyyata alınmışdır: Müqəddəs Yelisey monastrı - XII əsrə aid Alban monastırı, Körpü, Kilsə- 1898-ci ildə inşa edilib.

1992-ci ilin sentyabr ayında Qarabağda formalaşdırılan beşinci müdafiə rayonu hərbi hissəsi Qarabağ döyüşlərində bir çox təxribatçı əməliyyatlarda iştirak edib və azad edilənədək işğalçı Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Hərbi hissənin nömrəsi 49971 idi. 5-ci müdafiə rayonu, dağatıcı alay, 49971 nömrəli hərbi hissə olaraq, 10-cu dağatıcı diviziyanın tərkibinə daxil idi. Ehtimal edilir ki, hərbi hissə Ağdərəyə yaxın ərazilərdən Madagiz yaşayış məntəqəsi hüdudlarınadək döyüş növbətçiliyinə cəlb olunurdu. Bura aprel döyüşlərində Azərbaycan ordusunun əsas hədəflərindən biri olub. Bundan başqa erməni ordusunun 6-cı müdafiə rayonu kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Madagizdə yerləşirdi.
3 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırılmışdır.
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
