Xəbər verdiyimiz kimi prezident İlham Əliyev 17 oktyabr 2020 -ci il tarixdə Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin komandiri, general-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalamışdır. ADPU-nin dosenti Mirvari Verdiyeva bu münasibətlə general-leytenant H.Mirzəyevi təbrik edib. O duyğularını sözə çevirib, təbrikini şeir dilində ünvanlayıb. Dalidag.az həmin şeiri oxuculara təqdim edir: XÜSUSİ TƏYİNATLI Xüsusi təyinatım

"Xudafərin körpüsünün işğaldan azad edilməsi Qubadlı istiqamətində irəliləyişlərdə üstünlük qazanmağımız deməkdir". Dalidag.az xəbər verir ki, bunu ehtiyyatda olan polkovnik Nazim Əhmədov deyib. Polkovnik bildirib ki, Azərbaycan Ordusu üçün havanın soyuması, qarın, yağışın yağıb palçıq olmasının bir fərqi yoxdur: "Biz Qubadlını da azad etsək çıxırıq Laçın koridoruna. Həm də Xudafərin körpüsü tarixi bir abidəmiz olduğu üçün, onun işğaldan azad edilməsi insanlar arasında da ruh yüksəkliyi

“Azərbaycanın Dağlıq Qarabağda xarici döyüşçülərdən istifadə etməsi barədə məlumatlar əsassız şayiələrdir”. Dalidag.az xəbər verir ki, bu sözləri rusiyalı jurnalist, eyni zamanda politoloq Maksim Şevçenko ura.ru-ya açıqlamasında deyib. Onun sözlərinə görə, əksinə, erməni tərəfi antitürk koalisiyası yaratmaq üçün başqa ölkələrdən olan könüllülər müraciət edib. “Mən sizin vasitənizlə bütün jurnalistlərə müraciət edirəm. Böyük maliyyə ehtiyatına, müasir silahlara və NATO standartlarına uyğun

Ermənistan tərəfi humanitar atəşkəsdən öz qoşunlarını yenidən toplamaq və işğal edilmiş əraziləri yenidən işğal etməyə çalışır. İkinci dəfə əldə olunan humanitar razılaşmadan sonra oktyabrın 18-i gecə saatlarından başlayaraq Ermənistan tərəfi Cəbrayıl, Hadrud və digər istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum edib Dalidag.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib. Onun sözlərinə görə,

Oktyabrın 20-də gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s təşkil edəcək, gündüz yarımadanın bəzi yerlərində arabir 23-28 m/s-dək güclənəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 22-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq

Azərbaycanın Baş Prokurorluğunda aparılan araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib Azərbaycanın silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib. Dalidag.az-ın məlumata görə, bu kimi qanunsuz

18 oktyabr - humanitar atəşkəsin birinci günü, saat 00.00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib. Dalidag.az bilirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb: H.Hacıyevin sözlərinə görə, Ermənistan ordusu tərəfindən 5 rayona 229 mərmi atılıb: "Tərtərə 160, Ağdama 63, Goranboya 6...; - 3 raket hücumu: 1 Xızı rayonuna, 2 Ağcabədidəki Poladlı kəndinə; - 1 dron hücumu". Dalidag.az

"Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!". Dalidag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev "Twitter“ hesabında yazıb.

Məlum olduğu kimi, bu gün şanlı Azərbaycan Ordusu əfsanəvi Xudafərin körpüsündə bayrağımızı dalğalandırıb. Bununla bağlı Prezident İlham Əliyev öz tvitter hesabında paylaşım edərək “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”, - sözlərini yazıb. Dalidag.az bu məqamda sözügedən körpünün tarixi ilə bağlı məlumatı təqdim edir: Azərbaycanı birləşdirən rəmzi abidə və ya Xudafərin körpüsü...

Ağır döyüşlərdə xeyli canlı qüvvə və döyüş texnikası itirən Ermənistan silahlı qüvvələrinin 527-ci motoatıcı alayının atıcı taboru praktiki olaraq iflic vəziyyətindədir. Dalidag.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin 1-ci korpusunun hərbi hissələrinə əlavə qüvvə olaraq kömək məqsədilə göndərilən taborun ölən və yaralıları əsasən zabit və gizir heyətidir. Döyüşlərdə darmadağın edilən hərbi hissəyə əlavə qüvvə və texnika verilmir. Şəxsi heyət ilə komplektləşdirilə bilməyən və sursat
Yazı axını