Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır! Dalidag .az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi, humanitar atəşkəs qətiyyən sülh demək deyil”. Dalidag.az -ın məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib. A.Eyvazov deyib ki, Ali Baş Komandanın göstərişinə əsasən, Azərbaycan ordusu hazırda əməliyyat ərazisində humanitar atəşkəs rejimini tam təmin etməklə, ərazidə olan cəsədlərin toplanması, eyni zamanda tərəflərdə olan əsirlərin dəyişdirilməsi üçün lazımi şəraiti yaratmaqdadır:

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhə boyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayır. Dalidag.az

Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-dən genişmiqyaslı əks hücuma keçərək Ermənistanın işğal altında saxladığı bir çox yaşayış məntəqələrimizi, strateji yüksəklikləri, o cümlədən Murovdağ zirvəsini azad edib. Dalidag.az rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən yaşayış məntəqələrini, onların daxil olduğu rayonları və işğaldan azad edilmə tarixini təqdim edir: 1. Qaraxanbəyli kəndi (Füzuli rayonu, 27.09.2020) 2. Qərvənd kəndi (Füzuli rayonu, 27.09.2020) 3. Kənd Horadiz

“Ad günün mübarək, Nigar. Qaniçən Ermənistan qonşumuz olduğuna görə bağışla bizi”. Dalidag.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb: “Dinc sakinlərin, uşaqların öldürülməsi Ermənistan silahlı qüvvələrinin standart təcrübəsidir. Nigar doğum günündən bir gün əvvəl Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində öldürülüb”. Dalidag.az

Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub. Madfiə Nazirliyindən verilən məlumata görə, düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Qoşunlar

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Dalidag.az bildirir ki, Azərbaycan Respublikası Ali Sovetinin "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etməsindən 29 il ötür. XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırıb. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

Ötən gün Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun işğal altındakı Laçın rayonu ərazisindəki bəzi kəndlərə raket-artilleriya zərbələri endirdiyini bildirmişdi. Qeyd olunurdu ki, ordumuzun hədəf aldığı kəndlərdən biri də düşmənin eybəcər “ahavno” adı verdiyi, Ermənistanla sərhədin yaxınlığında yerləşən Zabux kəndi olub. Bəs ordumuz bu kənddə hansı obyektə zərbə endirib? Bu suala hazırda işğal altındakı ərazilərimizdə dolaşan və oradan reportajlar yayan Patrik Lankaster adlı videobloqer

Düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları aviasiya zərbələri ilə darmadağın edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Dalidag.az

Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan tərəfi kibermühitdə uğursuz təxribatçılıq əməllərini davam etdirir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, düşmən Rusiya ölkə kodlu nömrələrdən vətəndaşlarımızın mobil və stasionar telefonlarına zənglər edərək Türkiyə vətəndaşlarının adından saxta çağırışlar edir. Məqsəd təxribat xarakterli dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır. Nəqliyyat, Rabitə və Yüksək
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024