Reklam
Ermənistanla Qarabağ arasına yol bağlandı- Laçın koridorunda körpü dəqiq atəşlə dağıdıldı -Şəkil/Video
17-10-2020 19:18
Ötən gün Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun işğal altındakı Laçın rayonu ərazisindəki bəzi kəndlərə raket-artilleriya zərbələri endirdiyini bildirmişdi. Qeyd olunurdu ki, ordumuzun hədəf aldığı kəndlərdən biri də düşmənin eybəcər “ahavno” adı verdiyi, Ermənistanla sərhədin yaxınlığında yerləşən Zabux kəndi olub.Bəs ordumuz bu kənddə hansı obyektə zərbə endirib? Bu suala hazırda işğal altındakı ərazilərimizdə dolaşan və oradan reportajlar yayan Patrik Lankaster adlı videobloqer aydınlıq gətirir. Onun hazırladığı reportajdan məlum olur ki, ordumuz sərrast raket zərbəsi ilə Zabux çayının üzərində, Ermənistan-Azərbaycan sərhədində yerləşən, düşmənin hərbi məqsədlər üçün istifadə etdiyi və Qarabağa silah-sursat, raketlər və ağır hərbi texnika daşımaq üçün istifadə etdiyi körpünü vurub. Sərhədin Ermənistan tərəfindəki kəndin iki sakini bloqerə qorxu içində bu haqda danışırlar. Kadrlara əsasən körpü tam dağılmasa da ciddi zədələnib və onun üstü ilə Ermənistandan Qarabağa ağır hərbi texnikanın daşınması mümkün olmaya bilər.

Zabux körpüsü raket zərbəsindən sonra
Bu körpü həm də Gorus-Laçın-Şuşa yolunun üzərində yerləşir. Hərbi əməliyyatların ilk günlərində Azərbaycan ordusu həmin yolun üzərində, Laçın şəhəri yaxınlığında Həkəri çayının üstündəki körpüyə də “LORA” raketi ilə dəqiq zərbə endirmişdi.
Qeyd edək ki, Zabux kəndi Laçın rayonunun digər kəndləri kimi 1992-ci ildə işğal edilib. Bu kənddə heç vaxt ermənilər yaşamamışdı və əhalisi tamamilə azərbaycanlılardan ibarət idi. Buna baxmayaraq düşmən işğal etdiyi digər yaşayış məntəqələri kimi Zabux kəndinin də adını dəyişib, onu” ahavno” adlandırıb.

Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 17-10-2020 19:18
Baxış sayı: 41 496Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























