Reklam
Ermənipərəst jurnalistin daha bir yalanı - VİDEO
12-10-2020 14:54
Ermənistan ictimaiyyəti daha çox “War Gonzo” adlanan guya müstəqil jurnalist qruplaşmasının məlumatları ilə aldadılır. Baku TV xəbər verir ki, Hadruta hiylə yolu ilə soxularaq, guya erməni işğalçılarının bu məntəqədən hələ də çəkilmədiyini iddia edir.
Belə ki, çəkiliş qrupu meyitləri yığmaq üçün istifadə edilən sanitar maşınlara oturub həmin əraziyə gedir. Tibb maşınlarının Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulmayacağına əmin olan “jurnalistlər” yalan informasiyanı bu şəkildə hazırlayırlar.
“War Gonzo” telegram kanalının rəhbəri, hərbi müxbir Semyon Peqov Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus olan və cəsədləri toplamaq üçün nəzərdə tutulmuş maşınla Hadruta daxil olub. Bunu etməkdə məqsədi odur ki, həmin ərazidən görüntü çəkərək, səhifəsində və kanalda paylaşaraq desin ki, guya Hadrut ermənilərdədir, bizdə deyil. O, rahat bir yerdə maşından düşərək video və fotolar çəkir, yayır, Hadrutun ermənilərin nəzarətində olduğunu iddia edir. Hər halda Azərbaycan əsgərinin Beynəlxalq konvensiya və razılaşmaya əsasən həmin avtomobilə atəş açmayacağını bildiyi üçün belə arxayın davranır.
Diqqətlə baxsaq, maşın üzərində olan “Qırmızı xaç" işarəsinin foto və videolarda montajla silindiyini görərik.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 12-10-2020 14:54
Baxış sayı: 4431Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























