Mayın 24-ü və 25-də Azərbaycanda Ramazan bayramı qeyd olunur. Dalidag.az bildirir ki, müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci ilindən qeyd olunmağa başlanıb. Ramazan ayı insanlara Allah yolunda öz iradələrini, dözümlərini yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bütün bunlar orucla ifadə olunur. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan

“İşğalçı Ermənistanın Şuşada təşkil etdiyi “inaqurasiya” oyunu daxili ictimai rəyə hesablanmış uğursuz addım idi. Bu təxribat beynəlxlaq səviyyədə heç bir rezonans doğurmadı. Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “prezident seçkisi” əvvəldən də dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmayıb və birmənalı şəkildə rədd olunub”. Dalidag.az bildirir ki, bu sözləri turkustan.info-ya açıqlamasında Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov söyləyib.

Kəlbəcər rayonundakı "Qayaüstü təsvirləri" ən çox "Sərçəli dağ", "Qurbağalı çay", "Gəlin qayası", "Soltan Heydər", "Ağ çay", "Ayı çınqılı", "Zalxa gölü", "Dəvəgözü dağı" adlanan yerlərdə idi. Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi 3500-dən çox «Qayaüstü təvirlərini» qeydə almış və onlardan bir çoxlarının foto-şəkillərini çəkmişdir. «Qayaüstü təsvirlər» ən çox kustar şəkildə bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s.

ABŞ-ın sabiq prezidenti Bill Klinton və Ceyms Pattersonun birgə yazdıqları romanın satışa çıxacağı vaxt müəyyənləşdi. Rus mətbuatının xəbər verir ki, Bill Klintonun və yazıçı Ceyms Pattersonun "Prezidentin qızı" adlı ikinci detektiv romanı 2021-ci ilin iyununda nəşr olunaraq satışa çıxarılacaq. Kitab, Alfred A. Knopf və Hachette nəşriyyatı tərəfindən tərəfindən çap olunacaq.kulis.az Dalidag.az

Şuşa Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşir. Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Şuşada 17 məhəllə vardı:Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid, və bulaq vardı. XVIII əsrdə Şuşa

Azərbaycan Ordusunun Qarabağda yerləşən erməni hərbi hissəsinə qarşı diversiya əməliyyatı keçirməsi barədə qondarma rejimin yaydığı məlumat dezinformasiyadır. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Vaqif Dərgahlı deyib. O bildirib ki, Qarabağdakı qondarma rejimin bu məlumatı növbəti yalandır. Qeyd edək ki, Ermənistan mediası Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ ərazisindəki separatçı-terrorçu rejiminə

Florida ştatının Mayami-Deyd şəhərinin meri Karlos Himenez 2020-ci ilin 28 May tarixinin Azərbaycan Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb. Dalidag.az xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən trend-ə verilən məlumata görə, ilk olaraq Mayami-Deyd şəhərinin multimədəniyyət müxtəlifliyinə fərdlər və təşkilatların töhfəsini tanımağa səy göstərdiyi bildirilir. Belə ki, ABŞ-da yaşayan azərbaycanlıların Floridada güclü iştirakı vurğulanaraq, regionda müxtəlifliyə,

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin öyrənilməsi məqsədi ilə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev rayonda fəaliyyət göstərən 109 ümumtəhsil məktəb direktorları ilə videokonfrans keçirdi. Dalidag.az xəbər verir ki, videokonfrans vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 01 may 2020-ci il tarixli Qərarına riayət olunması və məktəblərin yerləşdiyi ərazilərdə əməli tədbirlərin görülməsi

Namidar Əlöysət oğlu Misirzadə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qərar imzalayıb: "Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram: 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası

Mehdi Məmmədov 1918-ci il mayın 22-də Şuşada papaqçı Əsədulla kişinin ailəsində dünyaya gəlib. O, doğulanda Azərbaycanda siyasi və iqtisadi vəziyyət stabil deyildi. İnsanların güzəranı da. Dolanışıq üçün onun da ailəsi Şuşadan Bakıya köçür. Gözünü dünyaya açar-açmaz siyasi proseslərin axarına düşür. 1931-ci ildə Bakıda 7 illik məktəbi bitirən Mehdi aktyor olmaq istəyirdi. Dindar Əsədulla kişi razılaşmır oğlunun istəyi ilə. Əlbəttə, onun üçün aktyorluq mütrüblük idi. Mehdini bu peşəyə sövq edən
Yazı axını