Başlıbeldə onun çox davamçıları var. İstər jurnalistikada, istərsə də pedaqoji sahədə. Mən deyərdim ki, Başlıbel jurnalistika məktəbinin əsasını professor Əli Mirzəyev qoymuşdur. Onun davamçısı Zimistan Həsənov və Musa Əziz - Musa müəllim olmuşdur. Musa müəllim həm Başlıbel məktəbində ingilis dili müəllimi, həm də "Yenilik" qəzetinin əməkdaşı idi . Hələ sovet hakimiyyəti dövründə "Yenilik" qəzetindəki fəaliyyətinə görə 1976-cı ildə "Sosializm Yarışının qalibi" döş nişanı ilə təltif olunmuşdur.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Ramazan Bayramı münasibətilə Bakı şəhərində məskunlaşan 300-dən artıq aztəminatlı kəlbəcərli ailə ilə onların müvəqqəti məskunlaşdıqları yaşayış yerlərində görüş keçirib. İctimai Birliyin sədri Qənbər Qurbanovun tapşırığı ilə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və tənha yaşayanlarla keçirilən görüş zamanı onlara bayram sovqatı çatdırılıb. Qeyd olunub ki, özünün xeyriyyəçilik missiyası ilə hər zaman seçilən “Aşıq

Paytaxtda sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq müştərilərə saat 18:00-dan sonra da yerində xidmət göstərən daha bir restoranın fəaliyyəti polislər tərəfindən aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Məmmədəli Hacıyevə məxsus “Kəlbəcər” restoranının müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib. Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis

Dalidag.az Qaraqoyunlu tayfa birliyinin 3-cü başçısı, Azərbaycan Qaraqoyunlu dövlətinin banisi Qara Yusiflə bağlı maraqlı məlumatları təqdim edir: Qara Yusifin əsl adı Əbu Nəsr Qara Yusif ibn Məhəmməd Baranidir. O, 1355-ci ildə Qaraqoyunluların mərkəzi vilayəti olan Vanın şimalındakı Ərcişdə dünyaya gəlib. Qara Yusif hündürboy, sağlam, qüvvətli şəxs olub. Təbiəti etibarilə mərd, ürəkli, verdiyi sözə sadiq hökmdar kimi tanınıb. 1389-cu ildə atası Qara Məhəmmədin öldürülməsindən sonra Qara Yusif

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Dalidag.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Füzuli rayonunun Aşağı Veysəlli
Yazı axını