Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin öyrənilməsi məqsədi ilə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev rayonda fəaliyyət göstərən 109 ümumtəhsil məktəb direktorları ilə videokonfrans keçirdi. Dalidag.az xəbər verir ki, videokonfrans vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 01 may 2020-ci il tarixli Qərarına riayət olunması və məktəblərin yerləşdiyi ərazilərdə əməli tədbirlərin görülməsi

Namidar Əlöysət oğlu Misirzadə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qərar imzalayıb: "Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram: 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası

Mehdi Məmmədov 1918-ci il mayın 22-də Şuşada papaqçı Əsədulla kişinin ailəsində dünyaya gəlib. O, doğulanda Azərbaycanda siyasi və iqtisadi vəziyyət stabil deyildi. İnsanların güzəranı da. Dolanışıq üçün onun da ailəsi Şuşadan Bakıya köçür. Gözünü dünyaya açar-açmaz siyasi proseslərin axarına düşür. 1931-ci ildə Bakıda 7 illik məktəbi bitirən Mehdi aktyor olmaq istəyirdi. Dindar Əsədulla kişi razılaşmır oğlunun istəyi ilə. Əlbəttə, onun üçün aktyorluq mütrüblük idi. Mehdini bu peşəyə sövq edən

Bu gün Azərbaycan Cümhuriyyəti tarixinin ən şərəfli hadisələrindən biri olan Gəncə üsyanının başlamasının 100-cü ildönümüdür. Dalidag.az üsyanla bağlı məqaləni təqdim edir: 1920-ci il aprelin 27-də ruslar Azərbaycan Cümhuriyyətinin paytaxtını ələ keçirdikdən sonra siyasi təqiblərə başladılar, ölkə ərazisində bütün nəzarəti ələ almaq üçün digər şəhərlərə soxuldular. İşğaldan sonra Azərbaycan Cümhuriyyəti hökumətinin sonuncu Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetirildi, Müsavat Partiyasının

Moskvadan bir zənglə Aprel döyüşü dayandırıldığı kimi Moskvadan başqa bir zənglə Şuşa şousu da dayandırıla bilər! Bəs, o zəng niyə vurulmur? O zəng niyə tələb olunmur? 1988-ci ildən üzü bəri heç bir hakimiyyətimizin Moskva ilə indiki qədər isti münasibəti olmayıb. Torpaqların azad edilməsinə başlaya bilmədiklərini anlamaq olar, amma Şuşada inaqurasiya keçirmək şousunu da durdura bilməmələri, yüngül desəm, yaxanı əldən vermək anlamına gəlir. Yəni bu qədərmi dilləri qısadır? Müharibəyə başlamağın

Beynəlxalq qurumların hərbi mövqeyi ilk növbədə hərbi əməliyyatların dayandırılması və insan tələfatına maksimal dərəcədə yol verilməməsinə hesablanacaq. Dalidag.az bildirir ki, bunu hərbi ekspert Heydər Mirzə müharibəyə başlayacağımız təqdirdə Azərbaycanı gözləyən reaksiyalarla bağlı danışarkən söyləyib. "Siyasətin kağız üzərində olan formal və kuluar tərəfi var. Əgər Azərbaycan tərəfi, hətta, formal olaraq hansısa təpkiylə rastlaşarsa, təsəvvür edin ki, qeyri-formal olaraq razılaşma ola bilər
Yazı axını