Reklam
Azər Qocayev Kəlbəcər rayonunun məktəb direktorları ilə videokonfrans keçirib- ŞƏKİL
22-05-2020 21:20
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin öyrənilməsi məqsədi ilə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev rayonda fəaliyyət göstərən 109 ümumtəhsil məktəb direktorları ilə videokonfrans keçirdi.Dalidag.az xəbər verir ki, videokonfrans vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 01 may 2020-ci il tarixli Qərarına riayət olunması və məktəblərin yerləşdiyi ərazilərdə əməli tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verildi. Videokonfransda 2019-2020-ci tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş müzakirələr aparıldı. Rayon rəhbəri müzakirə zamanı, məktəblərdə şagirdlərin mükəmməl təhsili ilə yanaşı, həmçinin onların sosial və mənəvi inkişafı haqqında danışaraq öz tapşırıq və tövsiyyələrini verdi. O cümlədən, qarşıya qoyulan məqsədlərdən biri də təhsil sistemində bilikli şagird yetişdirməklə yanaşı, onların həm də sosial həyata hazırlanmasını təmin etmək olduğunu qeyd etdi.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 22-05-2020 21:20
Baxış sayı: 41 221Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























