Bu gün - 24 mart tarixi görkəmli ictimai-siyasi xadim, yazıçı-dramaturq, filologiya elmləri doktoru Şıxəli Qurbanovun anım günüdür. Onun ölümündən 53 il keçir... Şıxəli Qurban oğlu 1925-ci il avqust ayının 16-da Bakıda qulluqçu ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra cəbhəyə gedib, 1941-1945-ci il müharibəsinə Leninqraddan (Sankt-Peterburq) Almaniyayadək döyüş yolu keçib. 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu başa vurduqdan sonra həmin ali məktəbin aspirantı olub, eyni

Müasir dövrdə texnologiyanın inkişafı təhsil sisteminə də öz təsirini göstərir. Bunun nəticəsidir ki, distant, yəni müəyyən məsafədən keçirilən təlim-tədris sistemi yaranıb. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompyuter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi

Ən təmiz hava kimiydin. Qıymırdım ki,udum səni. Qanad verdin,uçub gəldim. Di öldür,unudum səni. Ağır idin,çəkəmmədim Gözlərimdən tökəmmədim. Otuz ilə sökəmmədim. Bir gündə qurduğum səni. Gözündən baxa bilmədim. Büt oldun,yıxa bilmədim. Ha çıxdım,çıxa bilmədim.. Dönüb sənə vurdum səni.. Sənlə vardım,səndə öldüm.. Nəfəs-nəfəs sənə döndüm. Mən tək səni VƏTƏN bildim... Səni..Yerim,YURDUM,SƏNİ. BƏLKƏ Batmısan xəzan tozuna, Zaval səndən qaça, bəlkə. Gəl ağlayım, yuyun bir az, Bu həsrət gül aça, bəlkə

Moskva zooparkında Hitlerə məxsus olduğu iddia edilən Saturn adlı Missipi timsahı ölüb. Dalidag.az-ın xəbərinə görə, bu barədə Moskva zooparkının “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib. Saturn 84 yaşında ölüb. Adətən, timsahlar 30-50 il yaşayır. Bu baxımdan Saturn timsahlar arasında ən uzunömürlü timsah da sayıla bilər. Qeyd edək ki, Saturn 1936-cı ildə ABŞ-da anadan olub, daha sonra isə Berlin zooparkına aparılıb. Timsah 1943-cü ildə Berlin bombalanarkən zooparkdan

Mayın 24-ü və 25-də Azərbaycanda Ramazan bayramı qeyd olunur. Dalidag.az bildirir ki, müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci ilindən qeyd olunmağa başlanıb. Ramazan ayı insanlara Allah yolunda öz iradələrini, dözümlərini yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bütün bunlar orucla ifadə olunur. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan
Yazı axını