Onu ən çox "Çırpınırdı Qara dəniz" şeiri ilə yad edirlər. Amma əslində, o öz əbədiyyət bayrağını müstəqil Azərbaycanın səmasına çoxdan çəkib. 127 il əvvəlin bu günü dünyaya gözlərini açan istiqlal şairi Əhməd Cavad 29 ildir, bu ölkədə elə layiq olduğu kimi, ayaqüstə dinlənilir! Yasamal qəbiristanlığında onun xatirəsini əbədiləşdirən, üzərində məşhur "Susmaram" şeirinin misraları yazılan bir mərmər lövhə var. Qara dənizin çırpınan dalğalarına şeir yazan şair bu balaca mərmərdən boylanır bizə.

Dalidag.az bu gün DTX tərəfindən saxlanılan İmişlinin icra başçısı Vilyam Hacıyevin sərvəti ilə bağlı mətbuatda dərc edilmiş siyahnı təqdim edir. ▪️ Bakıda, Həsən Əliyev küçəsində villa ▪️ Bakı, "Sahil" metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil ▪️ Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil ▪️ Bakı, Teymur Əliyev küç. "Milyonerlər məhəlləsi"ndə qiyməti 25 milyon manat civarında olan villa ▪️ İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil ▪️ Gəncə şəhəri,

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti videoqəbul keçirib. Komitə sədri əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin

Dalidag.az bu gün DTX əməliyyatçıları tərəfindən həbs edilən İmişli rayon icra başçısı Vilyam Hacıyevin tərcümeyi halını təqdim edir. Vilyam Hacıyev 10 avqust 1957-ci ildə Azərbaycan Respublikasının Göygöl şəhərində anadan olub. 1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1979-1998-ci illərdə Mülki Aviasiya

Bundan sonra kredit borcu olanlar da ünvanlı sosial yardım ala biləcəklər. Bu barədə ƏƏSMN-nin şöbə müdiri Babək Hüseynov məlumat verib. ''Kreditlərin ünvanlı sosial yardım təyin edilməsində heç bir əhəmiyyəti qalmayacaq. Bundan başqa yardım təyin edilən zaman vətəndaşlardan, əmək haqqları, pensiya təyinatı, əllilik statusu, işsizlik statusu, nəqliyyat vasitəsinin olub olmaması, ödənişli əsaslar ilə təhsil alma, fərdi ev və s kimi məlumatlar soruşulmayacaq.'' Müraciət zamanı vətəndaşlardan

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir. Dalidag.az-ın apa-ya istinadla məlumatına görə, İmişli RİH başçısı Vilyam Hacıyevin otağında axtarış aparılır. Əməliyyat barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Əməkdar artist Ədalət Şükürov, müğənni əkiz bacılar Sevil və Sevinc Səfərovalar aparıcı Zaur Kamalın verilişində qonaq olublar. Dalidag.az-ın sia-ya istinadla məlumatına görə, onlar proqramda Zaurun "Banka borcunuz varmı?" sualına belə cavab veriblər. Ədalət Şükürov: "Krediti hər kəs götürür. İndi də kreditim var. Vaxtında ödəyirəm, gecikdirmirəm. 60 min götürmüşdüm, hazırda isə 32 min qalıb. Bankdan pul götürmək normal bir haldır. Əsas məsələ odur ki, onu qaytara biləsən". Sevil və Sevinc:
Yazı axını