Ölkəmizin ictimai-mədəni həyatında xüsusi rolu ilə seçilən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən tədbirlərə, təbliğat-maarifləndirmə işlərinə dəstək məqsədilə xeyriyyə aksiyalarını davam etdirir. Dalidag.az bildirir ki, pandemiyanın elan olunuğu ilk günlərdən ölkə rəhbərliyinin çağırışına qoşulan təşkilat bu həftə də İctimai

Dünən xəbər verdiyimiz kimi, Kəlbəcərdən olan məcburi köçkün Səməd Mustafazadə və digər təsərrüfatçıların 600 baş qoyunu əllərindən alınmışdı. Dalidag.az bildirir ki, bu barədə xəbər yayılandan sonra problem oxucular arasında təbii ki, birmənalı qarşılanmadı və hər kəs məsələnin tezliklə həll olunmasını tələb etdi. Sözügedən məsələ ilə bağlı ilk məlumatı sosial şəbəkədə tanınmış vəkil Əziz Qənbərov vermişdi. Elə indicə Əziz Qənbərovdan aldığımız məlumata görə, həmyerlilərimizin qoyun sürüsü

V axt nənəmi götürüb apardı, müharibə isə hələ də davam edir... Yaddaşımı qurdaladım, nənəmin boğçası çıxdı. Boğçadan rəngi qaçmış, dörd qatlanmış bir kağız tapdım. Kağızda kiril əlifbası ilə alt-alta bu sözlər yazılmışdı: ... Qarabağın ölüm tarixləri çoxdur... ... Qarabağ - bir ovuc torpaq da deyil... ... Qarabağ - Vətəndir, dağı-daşı, kolu-kosu, odu-ocağı, eli-obası, pisi-yaxşısıyla... Şuşa-Laçın əldən gedəndə baharın oğlan çağıydı. Bu vaxtlar Qarabağda qan qaynayır. Amma Xocalı qanımızı elə

O yanda dağlardı, bu yanda mənəm, Odu sönmür həsrətimin illərdi. Mənim kimi dərdi ilə böyüyən Yurdu üçün qan ağlayan ellərdi Nə ah, nə nalə... içimdə hayqıran qisas səsini yerlər, göylər duymaz oldu. 28 il eyni ağrıyla ağrıyıb, eyni göynəklə göynəyib adını yaşamaq qoyduğumuz bu sürünməyə necə dözmüşük, niyə dözmüşük??? Necə həsrətlə dağlara boylanıb qübar bağlayan ürəklərimizə dağ çəkmişik??? Sən dağlara boylan köksünü ötür, Ürəyin dağ boyda qübar bağlasın. Varını, yoxunu, balanı itir, İçin

İnqilabçı Mirsəyid Sultanqaliyev 1892-ci il iyulun 13-də Başqırdıstan Respublikasının Elimbetova kəndində tatar müəllimin ailəsində doğulub. Kənd məktəbindən sonra Kazandakı Tatar Pedaqoji İnstitutundan da məzun olub. Qaliyev marksist fikirlərlə bu ali məktəbdə tanış olur, məzun olduqdan sonra bir müddət müəllim işləyir. Qaliyevin pedaqoji fəaliyyəti Bakıda yaşadığı dönəmlərə təsadüf edirdi. Dalidag.az tatar inqilabçı Mirseyid Sultanqaliyev haqda yazını təqdim edir: Bir müddət Ufa şəhərinin

Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunu işğal etməsinin ildönümüdür. Dalidag.az xəbər verir ki, Laçının işğalından 28 il ötür. 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal edib. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. İşğal nəticəsində 63 min 341 Azərbaycan
Yazı axını