Reklam
Azərbaycanda Sosialist Turan dövləti qurmaq istəyən general – Dosye
18-05-2020 09:57
İnqilabçı Mirsəyid Sultanqaliyev 1892-ci il iyulun 13-də Başqırdıstan Respublikasının Elimbetova kəndində tatar müəllimin ailəsində doğulub. Kənd məktəbindən sonra Kazandakı Tatar Pedaqoji İnstitutundan da məzun olub. Qaliyev marksist fikirlərlə bu ali məktəbdə tanış olur, məzun olduqdan sonra bir müddət müəllim işləyir. Qaliyevin pedaqoji fəaliyyəti Bakıda yaşadığı dönəmlərə təsadüf edirdi.
Dalidag.az tatar inqilabçı Mirseyid Sultanqaliyev haqda yazını təqdim edir:
Bir müddət Ufa şəhərinin bələdiyyə kitabxanasında işləyən Qaliyev burada yayımlanan “Ufimskiy Vestnik” və “Tormus” qəzetlərində müxtəlif adlarla yazılar yazdı. 19 yaşında Moskvada menşevik Əhməd bəy Qalikovun sahibi olduğu “Musulmanskaya Gazeta”da hekayələr yazmağa başladı. Üstəgəl, 1911-1914-cü illərdə Moskvada yayımlanan “Russkiy Uçitel” qəzetində də yazırdı. Qaliyev ən nüfuzlu müsəlman jurnalı olan “Mir İslama” üçün də yazarlıq edirdi.
Qaliyev Azərbaycanda
Qaliyev Birinci Dünya Müharibəsi başlayanda Azərbaycana gəldi. Bakıda bir tatar məktəbində müəllim işləməyə başladı. O dönəm Azərbaycanda baş verən ictimai-siyasi fəaliyyəti yaxından izləməklə kifayətlənməyən Sultanqaliyev Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə ilə tanış olur. Azərbaycanın müstəqilliyi uğrunda başlayan mübarizəyə qoşulur. Bakıda olduğu dönəmdə Azərbaycanın digər ziyalıları ilə də sıx münasibətlər quran Qaliyev müsavatçıların sırasında idi. Bu dönəmdə “Kavkazskoe Slovo” (“Qafqazın sözü”) qəzetində “Kölgəbaş” və “Mirseyid” imzaları ilə məqalələr yazırdı. 1917-ci ildə Rusiyada bolşevik inqilabı başlayanda Sultanqalıyev Bakıda idi. İnqilabdan sonra isə Qaliyev Rusiya Müsəlmanları Konqresində iştirak etmək üçün Moskvaya çağırılır.
Konqresdən sonra Kazana gedən Qaliyev burada Müsəlman Sosialist Komitəsinə qatıldı, qısa müddətdə Molla Nur Vahidovla birlikdə komitədə iki adamdan biri oldu. 1917-ci ilin oktyabr ayında Kommunist Partiyasının sıralarında qoşulan Qaliyev Stalinlə münasibətlərini sıxlaşdırdığı Sovet Xalq Komissarlığında ikinci katib postunu tutdu.
Çarın zülmündən qurtulan müsəlmanlar
Oktyabr inqilabı bütün Rusiyada coşquyla bayram edildiyi vaxt mərkəzi hökumət müsəlmanların rəğbətini qazanmaq üçün bir sıra qərarlar verdi. 1917-ci il noyabrın 24-də Lenin və Stalinin imzasıyla “Rusiya Xalqlarının hüquqları bəyannaməsi” adı ilə “Rusiyanın və Şərqin bütün müsəlman fəhlələrinə” müraciəti yayımlandı. Bu, Qaliyev və dostlarını bolşeviklərlə işbirliyinə apardı. Çünki Lenin və Stalin bununla Rusiya, Qafqaz, Krım və Türküstanda yaşayan bütün müsəlmanların haqlarının yerinə yetiriləcəyi vədini vermişdi və qərarın dərhal icrasına başlanılmışdı.
Qaliyevin katib olduğu Xalq Komissarlığı Şurası Rusiyada müsəlmanların ən müqəddəs dəyərlərindən biri olan “Həzrəti Osmanın Quranı”nı Milli Kitabxanadan çıxararaq, Petroqrad Müsəlman Konqresinə göndərdi. Bu kimi addımlar vaxtilə çarın zülmündən təngə gələn müsəlmanların (türklər) bir-bir, iki-bir Kommunist Partiyasının sıralarına qoşulmasına səbəb olurdu. Lakin bunlar Qaliyev üçün kifayət etmirdi. Stalin isə bütün müsəlmanları bolşevikləşdirmək niyyətində idi. Bu məqsədlə 1918-ci ilin yanvar ayında qurulan Müsəlman Xalq Komissarlığına geniş səlahiyyətlər verilmişdi.
Tatar-Başqırd Dövləti ideyası
Müsəlman Mərkəzi Hərbi Heyəti də, komissarlığa birləşdirilərək bütün səlahiyyətlər Molla Nur Vahidov və Mirseyid Sultanqaliyevin əlində cəmləşdi. Komissarlığa verilən əsas vəzifə müsəlmanları siyasi olaraq maarifləndirmək və onlara bolşevik dəyərlərini aşılamaqdı. Lakin Vahidov və Qaliyev müsəlmanların maraqlarının nəzərə alındığı yol seçdilər. Müstəqil bir Müsəlman Kommunist Partiyası qurub bu yolla Mərkəzi Volqa bölgəsində böyük bir Tatar-Başqırd Dövləti quraraq, Rusiyadan ayrılmağı planlaşdırırdılar. Əslində Qaliyev yeni doktrina yaratmırdı. Bolşeviklərin siyasi xəttinə açıq etiraz etmədən daha çox taktiki və strateji plan üzərindən Leninin tezislərinə əlavələr etmək istəyirdi. Bu, ən azı o dönəmdə Stalini özündən çıxara biləcək cəhdlər deyildi.
Müsəlman kommunizmi
Qaliyev və Vahidov 1918-ci il martın 8-də Moskvada Rusiya Müsəlman Fəhlələrinin Konfransını çağırdılar və burada müstəqil Müsəlman Sosialist-Kommunist Partiyasının qurulmasına qərar verdilər. Əlbəttə bolşeviklər Qaliyev və dostlarının bu qərarından narahat idilər və bu, Moskva tərəfindən millətçilik kimi qəbul olundu. Lakin buna baxmayaraq, yeni partiyanın Qaliyev, Vahidov və Mənsurovdan ibarət liderlər heyəti müsəlmanları Rusiya Kommunist Partiyasından uzaqlaşaraq, Müsəlman Kommunist Partiyasına üzv olmağa çağırırdılar. Qaliyev yerli zabitlərlə birlikdə qurulmuş və sayı 50 minə yaxınlaşan “Sosialist Müsəlman Qırmızı Ordusu” vasitəsilə müsəlman bölgələrində socialist inqilabı planlaşdırırdı. Məqsəd Rusiyadan ayrılmaqdı.
Qaliyev və Müsəlman Xalq Komissarlığı kommunizmi əvvəlcə Rusiya daxilindəki müsəlman bölgələri, növbəti mərhələdə isə Şimali Azərbaycan, Güney Azərbaycan, Orta Asiya ölkələri və Türkiyədə yaymağı hədəfə almışdı. Bunun üçün də müsəlman türklərdən ibarət milli dövlət qurmaq lazım idi. Sultanqalıyevin üç böyük ideyası vardı: Türk-İslam dünyasının birliyi; Bütün üçüncü dünyanın əsarət altına alınan və əzilən xalqlarının birliyi və İmperialist kapitalizmin əsarətindən xilas olmuş insanlığın həmrəyliyi. Sultanqaliyev bu ideyalarını Turan Sosialist Federativ Xalq Cümhuriyyəti, Kommunist Əsarətlər İnternasionalı və Dünya inqilabı adlı anlayışlarla izah edirdi. Qaliyevə görə, İdil-Ural bölgəsində qurulacaq Tatar-Başqırd Dövləti inqilabı bütün Şərqə yayılacaqdı.
Stalin iş başında
1918-ci ildə bolşeviklərlə əks-inqilabçılar arasında başlayan və bütün Rusiyanı cənginə alan qarşıdurmaların başlaması Qaliyev və yoldaşlarının bütün planlarını pozdu. Əks-inqilabçılar 1918-ci ilin qış aylarında İdil-Ural bölgəsinə çatmışdı. “Qırmızılar” və “Ağlar” arasındakı savaşlar Tatarıstanda Vahidov və yoldaşlarının böyük səylərlə qurduğu müsəlman təşkilatlarını darmadağın etdi. “Qırmızı ordu”nun “Ağlar” üzərindəki qələbəsi hələ tam rəsmiləşməmiş Stalin küncə sıxılan kommunist müsəlmanları Moskvada bir araya toplayaraq, onların böyük ümidlər bəslədiyi Mərkəzi Müsəlman Komissarlığını ləğv etdi, Müsəlman Sosialist-Kommunist Partiyasını da Rusiya Bolşevik Partiyasına birləşdirdi. Moskva vahid müsəlman dövləti əvəzinə, önəmli rol ala və mərkəzə etiraz edə bilməyəcək qədər zəif olan Tatarıstan və Başqırdıstan adlı iki kiçik respublikasının qurulmasına qərar verdi.
1919-cu ilin avqust ayında Kazanı ələ keçirən çexlər Molla Nur Vahidovu həbs edərək güllələdilər. Vahidovun öldürülməsi və Qaliyevin planlarının qarşısına böyük maneələrin çıxarılması Stalin üçün qarşıdakı illərdə müsəlmanlardan gələn təhlükənin qarşısının alınması baxımından böyük bir qalibiyyət idi.
Qaliyevi bitirən çıxış
Zaman-zaman Stalinlə baş verən “soyuq müharibə” və mübahisələrə baxmayaraq, Qaliyev və yoldaşları 1920-1923-cü illər arasında Tatarıstan Respublikasının siyasi və mədəni həyatına öz möhürlərini vurdular. Tatarıstan Kommunist Partiyası və Moskvadakı bürokratiya üçün strateji əhəmiyyət daşıyan bir sıra mexanizmləri əllərində saxladılar. Əlbəttə, Qaliyevin özbaşına hərəkət etmək istəyi və Mərkəzi Komitədən gələn əmrləri eşitməməsi Moskvanın səbr kasanı daşırdı. Stalin bu dönəmdə Kommunist Partiyasının baş tutan toplantısında Qaliyevlə bağlarını tamam qoparacaq bu çıxışı etdi:
“Partiyadakı digər dostlar yoldaş Sultanqaliyevin panislam və pantürk fikirlərinə diqqətmi çəkdilər. Lakin o dönəmdəki ideoloji fəaliyyətlərində cinayət xarakteri yox idi. Bununla belə, onun kommunist müsəlmanların liderləri ilə qanunsuz olaraq məktublaşıb partiyanın xalqlar siyasətinə müxalif olan gizli bir təşkilat qurmasının ortaya çıxmasından sonra xəyanəti rəsmiləşdi”.
Məxfi plan
Stalinin bu çıxışı Qaliyev üçün sonun başlanması demək idi. Kommunist Partiyasının 1923-cü ildə baş tutan IV Konqresinə qatılan Mirseyid Sultanqaliyev toplantıda əleyhinə səsləndirilən sərt tənqidlərdən sonra “burjuaziya millətçisi”, “SSRİ-nin xalqlar siyasətinə qarşı gizli fəaliyyət” və “xarici dövlətlərlə gizli əməkdaşlıq” kimi ittihamlarla həbs olundu. Lakin həmin il bolşevik inqilabına verdiyi dəstəkdən dolayı həbsdən azad olundu. Bundan sonra da, Qaliyevin gizi fəaliyyəti onu böyük təhlükələr qarşısında qoymağa davam etdi.
Qaliyev yenidən həbs olunduğu 1928-ci ilədək müxtəlif dövlət qurumlarında işlədi. 1923-1928-ci illər arasında daimi müşahidə altında saxlanılan Sultanqaliyev kommunist tatarları yenidən bir araya toplamaq üçün təşkilatlanma planlarını həyata keçirirdi. Bu beş ildə yeni bir nəzəriyyənin təməllərini ataraq, gizli bir əks-inqilab təşkilatı qurduğu iddia olunur. Əlbəttə, gizli səyləri cəzasız qalmadı, 1928-ci ildə yenidən həbs edildi.
Sirrə çevrilən adam
Moskva məhkəməsində mühakimə olunan Qaliyev 1929-cu ildə 10 il ağır əmək düşərgəsində işləmək cəzasına məhkum olundu, bu məqsədlə Ağ dəniz sahillərindəki Solovksi düşərgəsinə göndərildi. Sultanqaliyevin ölümü ilə bağlı iki fərqli iddia var. Tatar mənbələrinə görə, Sultanqaliyev 1939-cu ildə azad edilib, lakin Kazan və digər türk respublikalarının mərkəzi şəhərlərində yaşaması qadağan olunub. Nəticədə Novosibirsk bölgəsindəki Quybişev şəhərinə yerləşib, amma 1940-cı ildə yoxa çıxıb. Digər bir iddiaya görə isə, Sultanqaliyev 1940-cı il yanvarın 28-də Rusiyanın ən məşhur həbsxanalarından biri olan Lefortovoda güllələnərək öldürülüb. Hər iki iddiada həqiqət payı çoxdur, çünki 1940-cı ildən sonra Sultanqaliyevdən xəbər olmadı.
Ordusuz general
Çar Rusiyası dönəmində müsəlman coğrafiyasında maarifçi hərəkatın önündə yer alan Mirseyid Sultanqaliyev Rusiyanı cənginə almağa başlayan sosialist düşüncənin müsəlmanları zillətdən qurtaracağına inanırdı. Türkçü-turançı bir dünyagörüşlə marksizmi bir arada dəyərləndirən Qaliyev millətçi sosializm və ya milli sosializm adı altında türklər və müsəlmanlar üçün xilas proqramı hazırlayırdı. Bolşevik inqilabının ön sıralarında da bu məqsədlə yer almışdı. Lakin özlərini “xalqların xilaskarı” kimi göstərən bolşevik liderlərin imperiya təfəkkürü Qaliyevi ürkütdü və o, öz yolunu seçməyə məcbur oldu. Lenin və Stalinin yalançı vədləri və inqilaba xəyanəti, habelə müsəlmanlar və ruslar arasındakı dini, mədəni və siyasi ziddiyyətlər Sultanqaliyevi böyük bir həqiqətlə üz-üzə qoymuşdu – generalın ideyalarını həyata keçirmək üçün ordusu yox idi. Stalin isə ordusuz generala güzəşt etmədi - bolşevik inqilabının qalibiyyətlə başa çatmasındakı böyük roluna rəğmən.../teleqraf.com
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 18-05-2020 09:57
Baxış sayı: 4545
Yazı axını
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02