Azərbaycanda yaşı 65-dən yuxarı olan insanlarla bağlı qadağa qüvvədədir. Dalidag.az xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında əksini tapıb. Qeyd olunub ki, mayın 11-dən sonra 65 yaşından yuxarı şəxslərin hərəkətinə qoyulan qadağaya yenidən baxıla bilər. “Növbəti mərhələdə 65 yaşla bağlı yumşaltma, yaxud sərtləşmə barədə qərar qəbul edilə bilər. Bu, situasiyadan asılı olacaq” - bildirilib. Dalidag.az

Hər il dünyadakı türklər bu günü 3 May Türkçülük Günü kimi qeyd edir. Bu günə- 3 May Türkçülük Gününə gətirən proseslər isə 1942-ci ildən başlayıb. Həmin dövrdə Türkiyənin baş naziri milli düşüncə sahibi Şükrü Saraçoğlu olsa da, dövlət məmurları arasında kommunistlərin də sayı az deyildi. Təhsil naziri Hasan Ali Yücel kommunist olduğunu açıq söyləyir, bu siyasi görüş daşıyıcılarını orta və ali təhsil ocaqlarına yerləşdirirdi. Ölkədə kommunizm ideologiyasının yayılması, milli düşüncənin

Təhsil Nazirliyi virtual dərslər üçün müəllimlər, şagirdlər, məktəb direktorları, müavinləri və sinif rəhbərləri, eyni zamanda Rayon Təhsil Şöbələri üçün tövsiyələr hazırlayıb. Tövsiyələrdə deyilir ki, 11 mart tarixindən “Mədəniyyət” kanalında yayımlanan teledərslər mövcud vəziyyətlə əlaqədar buraxılmış dərslərin kompensiyasına hesablanıb. Teledərslərdə tədris olunan mövzular cari dövr üçün tədris planına uyğundur. Aprel ayından etibarən virtual.edu.az portalında qeydiyyatdan keçmiş şagirdlər

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Dalidag.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan
Yazı axını