Reklam
"Moskvadan başqa bir zənglə Şuşa şousu da dayandırıla bilərdi"
22-05-2020 12:56

Moskvadan bir zənglə Aprel döyüşü dayandırıldığı kimi Moskvadan başqa bir zənglə Şuşa şousu da dayandırıla bilər! Bəs, o zəng niyə vurulmur? O zəng niyə tələb olunmur?
1988-ci ildən üzü bəri heç bir hakimiyyətimizin Moskva ilə indiki qədər isti münasibəti olmayıb. Torpaqların azad edilməsinə başlaya bilmədiklərini anlamaq olar, amma Şuşada inaqurasiya keçirmək şousunu da durdura bilməmələri, yüngül desəm, yaxanı əldən vermək anlamına gəlir. Yəni bu qədərmi dilləri qısadır?
Müharibəyə başlamağın nə qədər riskli olduğunu anlayırıq, çox güman ki, bilmədiyimiz çox nüanslar da var. Xudafərin sazişi kimi bəlkə bilmədiyimiz hansısa öhdəlik də götürüblər!?
Xalqla açıq danışsınlar! Onsuz da heç nə gizli qalmır!
Bir də, yeridir, bunu da deyim. Ermənilərlə fərqimiz bilirsiniz nədir? Onlar Qarabağ müharibəsində vuruşub qalib olanlardan formalaşmış hakimiyyətlərini belə devirdilər, mafiya-klançılıqda, korrupsiyaya bulaşmaqda ittiham edərək. Bizsə, 6 rayonun işğalına səbəb olan, təmsilçisinin birinin belə müharibədə vuruşmadığı hakimiyyəti 27 ildir iqtidarda saxlayırıq.
Qarabağı ermənidən əvvəl öz hakimiyyətimizdən tələb etməliyik! Soruşmalıyıq: “Pencəyimi çiynimə atıb gedərəm Xankəndinə” vədindən 27 il keçir, hanı Qarabağ? Bir gün xalq o suala cavab tələb edəcək! Ruhdan düşməyək!
Şuşaya yol Bakıdan keçir!
Dalidag.az
Kateqoriya: Manşet / Yazarlar
Tarix: 22-05-2020 12:56
Baxış sayı: 31 172Yazı axını
08 / 02 / 2026
07 / 02 / 2026
06 / 02 / 2026
06 / 02 / 2026
05 / 02 / 2026
05 / 02 / 2026
04 / 02 / 2026
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30











.jpg)
















