Reklam
Kəlbəcərdən olan məhkəmə hakimi sədr təyin edildi
22-05-2020 20:50
Namidar Əlöysət oğlu Misirzadə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib.Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qərar imzalayıb:
"Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri və sədrləri təyin edilsinlər:
Namidar Əlöysət oğlu Misirzadə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilsin;
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti"
Qeyd edək ki, Namidar Misirzadə 1980- ci il təvəllüdlüdür, əslən Kəlbəcərdəndir.
Bakı Dövlət Universiteti, Beynəlxalq hüquq fakültəsi (bakalavriat) və Hüquq fakültəsində (magistratura) təhsil alıb.
Yeni təyinata qədər 2002 - 2007- ci illərdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin kuryeri, iclas katibi,
2007-ci ildə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin iclas katibi
2007 - 2008-ci illərdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin iclas katibi
2008 - 2010-cu illərdə Bakı Apelyasiya Məhkəməsinin hakim köməkçisi
2010 - 2013-cü illərdə "Bank VTB" ASC-nin hüquq idarəsinin aparıcı mütəxəssisi
2013 - 2020-ci illərdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.
Dalidag.az ailəsi olaraq, dəyərli həmyerlimizi təbrik və işlərində uğurlar arzulayırıq.
Namidar Misirzadə
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 22-05-2020 20:50
Baxış sayı: 42 262Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)




















