Reklam
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı aztəminatlı ailələrə Ramazan sovqatı payladı- ŞƏKİLLƏR
25-05-2020 14:30
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Ramazan Bayramı münasibətilə Bakı şəhərində məskunlaşan 300-dən artıq aztəminatlı kəlbəcərli ailə ilə onların müvəqqəti məskunlaşdıqları yaşayış yerlərində görüş keçirib. İctimai Birliyin sədri Qənbər Qurbanovun tapşırığı ilə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və tənha yaşayanlarla keçirilən görüş zamanı onlara bayram sovqatı çatdırılıb.Qeyd olunub ki, özünün xeyriyyəçilik missiyası ilə hər zaman seçilən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi xüsusilə əlamətdar günlərdə, milli bayramlarımızda qaçqın və məcburi köçkünləri, şəhid ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanır, problemlərinin həlli ilə məşğul olur. Görüşlərdə aztəminatlı ailələrin və şəhid ailələrinin nümayəndələri, veteranlar dövlət başçısının bütün vətəndaşların, o cümlədən qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər gördüyünü xüsusi vurğulayıblar. Onlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, eyni zamanda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinə minnətdarlıq ediblər.
Hər zaman dövlətə, ölkə başçısının apardığı siyasətə sadiq olduqlarını bildirən kəlbəcərlilər eyni zamanda əminliklərini ifadə ediblər ki, ölkə Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində onlar doğma torpaqlarına dönəcəklər və gələcək bayramlarını öz yurd-yuvalarında qarşılayacaqlar.
Dalidag.az












Kateqoriya: Sosium
Tarix: 25-05-2020 14:30
Baxış sayı: 3758Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























