Reklam

ABŞ-ın bu şəhərində 28 May Azərbaycan Respublika Günü elan olunub
23-05-2020 10:41

Dalidag.az xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən trend-ə verilən məlumata görə, ilk olaraq Mayami-Deyd şəhərinin multimədəniyyət müxtəlifliyinə fərdlər və təşkilatların töhfəsini tanımağa səy göstərdiyi bildirilir.
Belə ki, ABŞ-da yaşayan azərbaycanlıların Floridada güclü iştirakı vurğulanaraq, regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfələrini qeyd edilib.
K.Himenez dünyada 46 milyondan çox azərbaycanlının son 100 ildə 28 May tarixini əcdadların töhfələrini qeyd etmək üçün Azərbaycan Respublikası Günü kimi qeyd etdiyini, o cümlədən, bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolunu xatırladıb.
Daha sonra mətndə Azərbaycan Respublikasının universal səsvermə hüququnu təmin edən ilk dövlətlərdən biri olması və ABŞ da daxil olmaqla, digər demokratik dövlətlər tərəfindən tanındığı yazılır.
Bu hadisənin həm də Mayami-Deyd dairəsi üçün ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilib.
Mer Himenez 28 may 2020-ci il tarixini Azərbaycan Respublika Günü elan edərək, Mayami-Deyd şəhərinin sakinlərini bu bayrama qoşulmağa və Azərbaycan xalqının səylərini və nailiyyətlərini birgə qeyd etməyə çağırıb.
Dalidag.az



Yazı axını
09 / 09 / 2025
09 / 09 / 2025
08 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
06 / 09 / 2025
06 / 09 / 2025
05 / 09 / 2025
04 / 09 / 2025
03 / 09 / 2025
02 / 09 / 2025
01 / 09 / 2025
31 / 08 / 2025
30 / 08 / 2025
29 / 08 / 2025
29 / 08 / 2025
28 / 08 / 2025
28 / 08 / 2025
25 / 08 / 2025
25 / 08 / 2025
22 / 08 / 2025
Ən çox oxunanlar